23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
20:00 / 30-09-2026
Putin Qroznının transformasiyasını və Kadırov komandasının nailiyyətlərini yüksək qiymətləndirdi
19:40 / 30-09-2026
Slutski: "Rusiya-ABŞ münasibətləri artıq sıfır səviyyəsində deyil"
19:37 / 30-09-2026
Taylandda daşqın nəticəsində ölənlərin sayı 40-a çatıb
19:31 / 30-09-2026
NATO-nun Baş katibi Mark Rutte Ukraynada işlərin yaxşı getdiyini bildirdi
19:29 / 30-09-2026
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
19:26 / 30-09-2026
Zaxarova Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün perspektivlərini qiymətləndirdi
19:23 / 30-09-2026
Kanye Uest-in konsertinin ləğvindən sonra polis "Say" Agentliyi ilə bağlı araşdırmaya başlayıb
23:01 / 29-09-2026
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
18:35 / 29-09-2026
Bir şagird sinfinə hücum edərək müəllimini öldürüb
18:32 / 29-09-2026
Qazaxıstan hakimiyyəti Almaniyaya neft tədarükünü davam etdirməyə hazır olduqlarını açıqladı
18:29 / 29-09-2026
Argentina Britaniyaya Folklend adaları yaxınlığında neft hasilatını dayandırmaq üçün iki həftə vaxt verib
18:25 / 29-09-2026
ABŞ Ukraynanın təslim olması üçün vaxt çərçivəsini müzakirə edir
18:22 / 29-09-2026
Hərbi məhkəmə qətldə ittiham olunan general Ospanovu həbsdə saxlayıb
18:20 / 29-09-2026
Roskomnadzor Rusiya milli futbol komandasının keçmiş oyunçusu Smolova qarşı 300.000 rubl məbləğində iddia qaldırıb
18:03 / 29-09-2026
Kanye Uest-in Sankt-Peterburqdakı konserti baş tutmayacaq
17:56 / 29-09-2026
FIFA UEFA-nı İnfantino haqqında yalan məlumat yaymaqda ittiham edir
17:53 / 29-09-2026
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
17:51 / 29-09-2026
Müğənni Potap Ukraynanın Əməkdar artisti titulundan məhrum edilə bilər
17:46 / 29-09-2026
Lukaşenko: "Çoxvektorlu siyasət Belarusu Rusiyadan uzaqlaşdırmır"
17:42 / 29-09-2026
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
17:39 / 29-09-2026
Lavrov: "ABŞ Trampın dövründə diplomatik əmlakla bağlı heç bir ümidverici şərh verməyib"
17:36 / 29-09-2026
Pakistan Avrasiya İqtisadi Birliyi ilə azad ticarət danışıqlarına 1 yanvar 2027-ci ildə başlayacaq
17:33 / 29-09-2026
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
17:28 / 29-09-2026
Fövqəladə Hallar Nazirliyi: Qırmızı mağarada turistləri xilas etmək üçün 28 mütəxəssis səfərbər edilib
17:23 / 29-09-2026
Keçmiş çinli məmur 39 milyon dollar rüşvətə görə edama məhkum edildi
Vüqar Rəhimzadə: "Zərifə xanım Əliyeva adını tarixdə əbədiləşdirən unudulmaz şəxsiyyətdir"
Tarix: 14-04-2025 22:00 | Bölmə: Gündəm

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim Zərifə xanım Əliyeva XX əsr Azərbaycan tarixinin görkəmli simalarındandır. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Bu məqamı xüsusi qeyd etmək istərdik ki, 1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Məhz belə bir şəraitdə Zərifə Əliyeva elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Yorulmaz tədqiqatçı Zərifə Əliyeva bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedərək xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.
Zərifə xanım Əliyeva qısa müddətdə traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.
Zərifə xanım Əliyeva, eyni zamanda, uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Zərifə xanım traxoma ilə yanaşı, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparıb. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərinin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək edib.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Zərifə xanım Əliyeva oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsini - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Bu sahənin ilk tədqiqatçısı olan görkəmli oftalmoloq dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını ərsəyə gətirib. 1977-ci ildə bu mövzuda dissertasiyanı uğurla müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsini alıb. O, gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Vüqar Rəhimzadə onu da vurğulayıb ki, doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilib, 1983-cü ildə isə həmin kafedranın müdiri olub. Bundan sonra onun fəaliyyəti daha da genişlənib. Zərifə xanım Əliyevanın görkəmli alim olaraq elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyət arasında ona dərin rəğbət qazandırmışdı. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri məhz bu məsələlərə həsr olunmuşdur. Elmi araşdırmalarının nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Görkəmli oftalmoloq alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Zərifə Əliyevanın daktriologiyadan bəhs edən “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların deyil, həm də fizioloqların diqqətini cəlb etmişdir. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab bu gün də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Görkəmli oftalmoloq-alim Zərifə Əliyeva bütövlükdə 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur.
Milli Məclisin deputatı bildirib ki, 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə Zərifə Əliyevaya keçmiş İttifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. Məşhur azərbaycanlı oftalmoloq həmin mükafata layiq görülən ilk qadın alim idi. Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Görkəmli alimin əsərləri bu gün də aktuallığını qoruyub saxlayır.
Vüqar Rəhimzadə qeyd edib ki, akademik Zərifə Əliyevanın fəaliyyətinə verilən yüksək dəyər onun layiq görüldüyü mükafatlarda, fəxri adlarda özünün aydın ifadəsini tapır. Keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olan akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə çoxsaylı kitablar nəşr edilib, məqalələr yazılıb.
Millət vəkili qeyd edib ki, Zərifə Əliyeva çoxşaxəli fəaliyyəti dövründə səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə də gərgin əmək sərf etmişdir. Beynəlxalq səviyyəli oftolmoloq-alimin rəhbərliyi altında Azərbaycanda gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara hər zaman diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmət və rəğbətini qazandırmışdır.
Vüqar Rəhimzadə bu məqamı da xüsusi önə çəkib ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək ən ali insanlıq zirvəsinə yüksəlib.
Baxış sayı: 1 744
Bölməyə aid digər xəbərlər

29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
15-06-2026, 14:06
Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi
14-06-2026, 16:16
Vaqif Qurbanovun şərəfli ömür yolu gənc nəsil üçün cəsarət və fədakarlıq nümunəsidir-Könül Nurullayeva
5-06-2026, 00:04
Anar Eminov: “Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir”
30-05-2026, 16:21
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi