19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
ARAZ BİR QOLUMDUR, KÜR BİR QOLUMDUR...-Ramiz QASIMOV
Tarix: 16-02-2023 20:19 | Bölmə: Ədəbiyyat

İslam Səfərli öz yaradıcılığında gözünü açıb böyüdüyü, boya-başa çatdığı, havasını udduğu, suyunu içdiyi, çörəyini yediyi, duzunu daddığı, qızlarını sevdiyi Naxçıvanımızı da bütün ruhu, ehtiras dolu qəlbilə vəsf edib, küçə-küçə, el-el, yol-yol gəzib yad edir. “Gəlmişəm”, “Naxçıvanım”, “Naxçıvan yadigarı”, “Batabat bulağı”, “Badamlı”, “Xal-xal meşəsi” və başqa şeirləri uşaqlığın, gəncliyin, eləcə də şöhrətli vaxtların xatirində qalan Naxçıvanın sözdən cızılmış təsviridir. “Qalxıb Araz qırağından bu yana, Baba yurdum gözəl Nəqşi-cahana, Ana yurdum Naxçıvana gəlmişəm”, “Biçənəkdən at səyirdib yuxarı,...Mərcan gözlü Batabata gəlmişəm”, “Söz qoşmamış keçəmmənəm, Mənim barlı Naxçıvanım, Xoş baharlı Naxçıvanım”, “Naxçıvan! Ey şeirin, sözün vətəni, Çağır ulduzlar da səcdəyə gəlsin” misralarında Naxçıvanın bir insanın ruhuna, qəlbinə, xəyalına qoyduğu hissli-duyğulu dolu-dolu xatirələri var. Müəllif “Naxçıvan yadigarı” şeirində sanki tutub öz oxucusunun əlindən Naxçıvanı gəzdirir, ona küçəbəküçə, evbəev bələdçilik, tanışçılıq edir.

İslam Səfərli Azərbaycanımızı təkcə yurd-yurd deyil, insan-insan da tanıdır, onu vəsf edir. O, Azərbaycanı böyük “qəlb şairi” Füzuli, Mirzə Cəlil, Sabir, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Fikrət Əmirov, Qara Qarayev, Rəşid Behbudov və başqa nəhəng simaları ilə də tərənnüm edir, bu nəhəng, zirvə insanların şöhrət, istedad cilaları ilə Azərbaycanın vətən hüdudlarını və nailiyyətlərini ifadə edir. İslam Səfərli yaradıcılığında Vətən “Azərbaycan”la, onun ayrı-ayrı “yurdlar”ı və “insanlar”ı ilə bütövləşir, “vətən, milli sevgi və vətəndaşlıq” çalarları ilə obrazlaşır. Onun geniş və zəngin yaradıcılığı “Ana ” və onun “laylası” ilə, “Vətən” və onun “dili” mahiyyətində birləşir, “Ana-vətən”, “laylay-dil” vəhdətində, bütövlüyündə Azərbaycanı təqdim edir, onun zəngin mənəviyyat və əxlaq ucalığını göstərir.
...Onu “Göz həkimi” tamaşası ilə tanımışam. Uşaqlığımın romantik, xəyal dolu bir vaxtlarında bu tamaşaya hissiz, duyğusuz baxa bilməmişəm. Uşaq qəlbim qəribə bir hisslərlə dolub-daşırdı. Onun müəllifliyini biləndə sevdim, ona marağım artdı, öyrənmək istədim.Onu öyrənmək istədikcə gözlərim böyüdü, gözlərimin önündə bir böyük insan kimi abidələşdi. Sən demə uşaqkən sevə-sevə, bir az da qibtə hissilə qulaq asdığım, aşıb-daşan uşaq segisilə zümzümə etdiyim “Ana” mahnısının sözləri də onunmuş. Rəşid Behbudovun adamın qəlbini titrədən həzin, gözəl səsilə qulaq asdığım:
Könlümün nuru, canım ana,
Böyütdün sən məni yana-yana.
Odlusan gün kimi, bir qaynar həyat kimi,
Borcluyam mən sənə, sənə bir övlad kimi,
Əziz ana –mahnısını “Göz həkimi”ndən çox-çox əvvəl tanıdığım, sevdiyim halda müəllifi diqqətimi cəlb etməmişdi. Sən demə onun neçə-neçə gözəl, şirin mahnılarını dinləmişik, zümzümə etmişik; xüsusilə, qəlbi sevgilə dolan, məhəbbətdən başı fılrlanan, başı əlində olmayan yeniyetməlik illərində:
Bağçamıza gəldi bahar,
Yaşıl xalı sərdi bahar,
Gəl dedim, gəlmədin yar,
Gəlmədin yar.
(“Bilmədin”)
Və yaxud:
Siz qaynar həyatsınız,
Nəğməyə qanadsınız,
Sahili şən dalğalar,
Ay öpüşən dalğalar.
***
Sevgilim dənizdədir,
Ağ yelkəni üzdədir.
Yatın barı dalğalar,
Ay mirvari dalğalar.
(“Ay öpüşən dalğalar”)
Sonralar bildim ki, bu gözəl mahnılar da (daha doğrusu, mahnıların sözləri), “Göz həkimi” tamaşası da elə öz həmyerlimiz, alnımızı açıq edən, ədəbiyyatımızda sözü, yeri olan gözəl şairimiz İslam Səfərlinindir.
Sonralar bir həvəskar, bir peşəkar oxucu kimi İslam Səfərlinin yaradıcılığı ilə tanış olduqca təəssüratlarım daha da böyüdü, onu Azərbaycan ədəbiyyatının, poetik sözün ən gözəl ustadlarından biri kimi tanıdım.
İslam Səfərli məhz belə təbli, belə sənətkar qüdrətli söz adamıdır. O, cəmi 52 il yaşasa da (1923-1974) Azərbaycan boyda ömür meydanında öz gözəl, yaddaqalan əsərləri, qəlbləri dilə, riqqətə gətirən şeirlərilə özünə əbədi bir heykəl, unudulmaz ad qoydu.
Bəli, Naxçıvanda doğulub boya-başa çatan ədəbi sima kimi Azərbaycan ədəbiyyatını zənginləşdirən gözəl şairimiz İslam Səfərli öz sözlərilə sanki insanlığın, şairliyin və vətəndaşlığın fəaliyyət fəlsəfəsinə tərif verərək mövcudluğun və varolmanın həqiqətini özünəməxsusluqla belə ifadə etmişdir:
Düz demişdi böyük şairimiz. Elə onu da əbədiləşdirən məhz gözəl, məna dolu şeirləri və şairliyi oldu.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 359
Bölməyə aid digər xəbərlər
Tarix: 16-02-2023 20:19 | Bölmə: Ədəbiyyat

Adətən onun haqqında belə deyirlər: “Nəğməkar şair... Dramaturq... Gözəl insan...”. Amma hər şeydən əvvəl İslam Səfərli Azərbaycan – Vətən heyranıdır, onun vazkeçilməz vurğunudur:
Bağrıma basmışam Azərbaycanı,
Araz bir qolumdur,
Kür bir qolumdur...
Bağrıma basmışam Azərbaycanı,
Araz bir qolumdur,
Kür bir qolumdur...
Bütün Azərbaycan onun yaradıcılığında az qala qarış-qarış , yer-yer, insan-insan əks olunub. Vətənimiz Azərbaycanın böyüklüyü, bütün heyrətamiz gözəlliyi bir vətəndaş, insan qəlbindəki təəssüratı ilə tərənnüm və təsvir olunubdur. “Sənə qurban canım, Azərbaycanım!”, “Odlar vətəni”, “Azərbaycanım”, “Əbədi beşik” və sair kimi şeirləri şairin vətənə, torpağa, elə olan ən ülvi, əzəmətli, hüdudsuz sevgi duyğularıdır. Bu şeirlərdə Azərbaycan vətən məhəbbətilə çırpınan bir qəlbin zəngin, ehtiraslı baxışları ilə biçilir, obrazlı şəkildə “xəritələnir”. Buna görə bu sətirlərdəki Azərbaycan daha böyük, əzəmətli, gözəl və bənzərsizdir:
Torpağın ətrini sinəmə çəkdim,
dodağı gül açdı,
ürəyim çiçək.
Xəzər sahilində bir çinar əkdim,
söyüdlər nazlandı
gülümsəyərək.
Dəniz mahnısını oxudu sanki,
ətəyi ləpəli,
qırçınlı Bakı...
Kükrədi ilhamım, qaynadı qanım,
Sənə qurban canım, Azərbaycanım!
(“Sənə qurban canım, Azərbaycanım!”)
Və ya:
Könlümün ilhamı qalxmış cövlana,
Çıxmışam qoynunda yenə seyrana.
Eşqin cansızı da gətirir cana,
Sevda beşiyində bəslədir məni,
Ey odlar vətəni, odlar vətəni...
(“Odlar vətəni”)
Torpağın ətrini sinəmə çəkdim,
dodağı gül açdı,
ürəyim çiçək.
Xəzər sahilində bir çinar əkdim,
söyüdlər nazlandı
gülümsəyərək.
Dəniz mahnısını oxudu sanki,
ətəyi ləpəli,
qırçınlı Bakı...
Kükrədi ilhamım, qaynadı qanım,
Sənə qurban canım, Azərbaycanım!
(“Sənə qurban canım, Azərbaycanım!”)
Və ya:
Könlümün ilhamı qalxmış cövlana,
Çıxmışam qoynunda yenə seyrana.
Eşqin cansızı da gətirir cana,
Sevda beşiyində bəslədir məni,
Ey odlar vətəni, odlar vətəni...
(“Odlar vətəni”)
İslam Səfərli öz yaradıcılığında gözünü açıb böyüdüyü, boya-başa çatdığı, havasını udduğu, suyunu içdiyi, çörəyini yediyi, duzunu daddığı, qızlarını sevdiyi Naxçıvanımızı da bütün ruhu, ehtiras dolu qəlbilə vəsf edib, küçə-küçə, el-el, yol-yol gəzib yad edir. “Gəlmişəm”, “Naxçıvanım”, “Naxçıvan yadigarı”, “Batabat bulağı”, “Badamlı”, “Xal-xal meşəsi” və başqa şeirləri uşaqlığın, gəncliyin, eləcə də şöhrətli vaxtların xatirində qalan Naxçıvanın sözdən cızılmış təsviridir. “Qalxıb Araz qırağından bu yana, Baba yurdum gözəl Nəqşi-cahana, Ana yurdum Naxçıvana gəlmişəm”, “Biçənəkdən at səyirdib yuxarı,...Mərcan gözlü Batabata gəlmişəm”, “Söz qoşmamış keçəmmənəm, Mənim barlı Naxçıvanım, Xoş baharlı Naxçıvanım”, “Naxçıvan! Ey şeirin, sözün vətəni, Çağır ulduzlar da səcdəyə gəlsin” misralarında Naxçıvanın bir insanın ruhuna, qəlbinə, xəyalına qoyduğu hissli-duyğulu dolu-dolu xatirələri var. Müəllif “Naxçıvan yadigarı” şeirində sanki tutub öz oxucusunun əlindən Naxçıvanı gəzdirir, ona küçəbəküçə, evbəev bələdçilik, tanışçılıq edir.

İslam Səfərli Azərbaycanımızı təkcə yurd-yurd deyil, insan-insan da tanıdır, onu vəsf edir. O, Azərbaycanı böyük “qəlb şairi” Füzuli, Mirzə Cəlil, Sabir, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Fikrət Əmirov, Qara Qarayev, Rəşid Behbudov və başqa nəhəng simaları ilə də tərənnüm edir, bu nəhəng, zirvə insanların şöhrət, istedad cilaları ilə Azərbaycanın vətən hüdudlarını və nailiyyətlərini ifadə edir. İslam Səfərli yaradıcılığında Vətən “Azərbaycan”la, onun ayrı-ayrı “yurdlar”ı və “insanlar”ı ilə bütövləşir, “vətən, milli sevgi və vətəndaşlıq” çalarları ilə obrazlaşır. Onun geniş və zəngin yaradıcılığı “Ana ” və onun “laylası” ilə, “Vətən” və onun “dili” mahiyyətində birləşir, “Ana-vətən”, “laylay-dil” vəhdətində, bütövlüyündə Azərbaycanı təqdim edir, onun zəngin mənəviyyat və əxlaq ucalığını göstərir.
...Onu “Göz həkimi” tamaşası ilə tanımışam. Uşaqlığımın romantik, xəyal dolu bir vaxtlarında bu tamaşaya hissiz, duyğusuz baxa bilməmişəm. Uşaq qəlbim qəribə bir hisslərlə dolub-daşırdı. Onun müəllifliyini biləndə sevdim, ona marağım artdı, öyrənmək istədim.Onu öyrənmək istədikcə gözlərim böyüdü, gözlərimin önündə bir böyük insan kimi abidələşdi. Sən demə uşaqkən sevə-sevə, bir az da qibtə hissilə qulaq asdığım, aşıb-daşan uşaq segisilə zümzümə etdiyim “Ana” mahnısının sözləri də onunmuş. Rəşid Behbudovun adamın qəlbini titrədən həzin, gözəl səsilə qulaq asdığım:
Könlümün nuru, canım ana,
Böyütdün sən məni yana-yana.
Odlusan gün kimi, bir qaynar həyat kimi,
Borcluyam mən sənə, sənə bir övlad kimi,
Əziz ana –mahnısını “Göz həkimi”ndən çox-çox əvvəl tanıdığım, sevdiyim halda müəllifi diqqətimi cəlb etməmişdi. Sən demə onun neçə-neçə gözəl, şirin mahnılarını dinləmişik, zümzümə etmişik; xüsusilə, qəlbi sevgilə dolan, məhəbbətdən başı fılrlanan, başı əlində olmayan yeniyetməlik illərində:
Bağçamıza gəldi bahar,
Yaşıl xalı sərdi bahar,
Gəl dedim, gəlmədin yar,
Gəlmədin yar.
(“Bilmədin”)
Və yaxud:
Siz qaynar həyatsınız,
Nəğməyə qanadsınız,
Sahili şən dalğalar,
Ay öpüşən dalğalar.
***
Sevgilim dənizdədir,
Ağ yelkəni üzdədir.
Yatın barı dalğalar,
Ay mirvari dalğalar.
(“Ay öpüşən dalğalar”)
Sonralar bildim ki, bu gözəl mahnılar da (daha doğrusu, mahnıların sözləri), “Göz həkimi” tamaşası da elə öz həmyerlimiz, alnımızı açıq edən, ədəbiyyatımızda sözü, yeri olan gözəl şairimiz İslam Səfərlinindir.
Sonralar bir həvəskar, bir peşəkar oxucu kimi İslam Səfərlinin yaradıcılığı ilə tanış olduqca təəssüratlarım daha da böyüdü, onu Azərbaycan ədəbiyyatının, poetik sözün ən gözəl ustadlarından biri kimi tanıdım.
İslam Səfərli məhz belə təbli, belə sənətkar qüdrətli söz adamıdır. O, cəmi 52 il yaşasa da (1923-1974) Azərbaycan boyda ömür meydanında öz gözəl, yaddaqalan əsərləri, qəlbləri dilə, riqqətə gətirən şeirlərilə özünə əbədi bir heykəl, unudulmaz ad qoydu.
Bəli, Naxçıvanda doğulub boya-başa çatan ədəbi sima kimi Azərbaycan ədəbiyyatını zənginləşdirən gözəl şairimiz İslam Səfərli öz sözlərilə sanki insanlığın, şairliyin və vətəndaşlığın fəaliyyət fəlsəfəsinə tərif verərək mövcudluğun və varolmanın həqiqətini özünəməxsusluqla belə ifadə etmişdir:
Günlər keçir birəm-birəm,
Bir uğurlu yol gedirəm.
Yurdumuzu vəsf edirəm
Əldə qələm, dizdə varaq...
Mənə qalan bu olacaq.
Bir uğurlu yol gedirəm.
Yurdumuzu vəsf edirəm
Əldə qələm, dizdə varaq...
Mənə qalan bu olacaq.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 359
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR













