17:22 / 03-11-2025
Təyyarə təcili eniş edib
Bütün xəbərlər
Romadakı Konti Qülləsinin dağıntıları altında qalan rumıniyalı işçi vəfat edib
Tarix: 04-11-2025 15:22 | Bölmə: Dünya

Rumıniya Radiosunun verdiyi məlumata görə, Romanın mərkəzindəki Konti Qülləsinin çökməsi nəticəsində xəsarət alan iki rumıniyalı işçidən biri xəstəxanada vəfat edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xilasedicilər tərəfindən tapılaraq xəstəxanaya aparılana qədər kişi dağıntılar altında təxminən 11 saat keçirib, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Uçqun zamanı xəsarət alan ikinci rumıniyalı işçi yüngül xəsarətlər alıb. Rumıniya Xarici İşlər Nazirliyi dəqiqləşdirib ki, onun həyatı təhlükədə deyil.
Qədim şəhərin mərkəzi meydanları olan İmperator Forumlarında orta əsr qülləsinin çökməsi 3 noyabrda baş verib. Təmir işləri aparılan qüllə tikinti hasarları ilə əhatə olunub. İlkin məlumatlara görə, çökmənin səbəbi yaxınlıqdakı yeni metro xəttində aparılan tikinti işləri ola bilər.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər