Bütün xəbərlər
Azərbaycan nümayəndə heyəti Buxarestdə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib
Tarix: 04-11-2025 17:08 | Bölmə: Gündəm

Azerbaycan numayende heyeti Buxarestde Ulu Onder Heyder Eliyevin bustunu ziyaret edib

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti noyabrın 4-də Buxarestdəki Tey Parkında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib.
Bu barədə Sabaha-inamla.az-a Medianın İnkişafı Agentliyindən bildiriblər.
Tədbirdə Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad olunub, büstün önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov daxildir.
Xatırladaq ki, Zəfər Günü münasibətilə noyabrın 4-də Buxarestdə Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul keçiriləcək.






Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər