19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
İSMAYIL İMANZADƏ: “MƏNİM ƏMƏLİ FƏAYİYYƏTİMDƏ, “MƏN” KƏLMƏSİ, “BİZ” DEYİMİNDƏN AXIRDA GƏLİR...”
Tarix: 10-02-2023 00:13 | Bölmə: Ədəbiyyat

(Müsahibimiz Azərbaycam Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, şair-publisist İsmayıl Mərcanlı İmanzadədir)
- Ötən ili Mingəçevir bölməsi üçün necə xarakterizə edə bilərsiniz?
Başqalarını deyə bilmərəm, ancaq adətən mən sevincini-fərəhini yaşayıb, qəminə-qüssəsinə sinə gərdiyim il sona çatanda, arxaya qanrılıb,365 gün ərzində gördüyüm işləri bir daha nəzərdən keçirməklə, təzə ilin “ab-havası” üstə köklənməyə çalışıram. Bu prizmadan baxdıqda, ilk növbədə AYB Mingəçevir bölməsinin son bir il ərzində gördüyü işlərin bir qismini xatırlatmaq istəyirəm:
Yazarlarımızla təzədən bir araya gəlməklə bir neçə il ərzində bizləri sillkələyən pandemiya xofunu dəf etməyə nail olduq. Əvvəllər olduğu kimi yenə də hər ayın 15-də yazarların yaradıcılıq məşğələsi keçirildi. Hər ayın sonuncu bazar günlərində isə bölmənin nəzdindəki “Palitra” Ədəbi Klubunda yazarları bir araya gətirdik.Tanınmış şair Elşən Əzimin Prezident təqaüdünə layiq görülməsi vəonun Şuşaya-Vaqif Poeziya günlərinə qatılması sevincini birlikdə yaşadıq.
AYB Mingəçevir bölməsinin rəhbəri qismində bölmənin fəaliyyəti ilə ilgili müsahibə (Yeri gəlmişkən, müsahibəyə görə qəzetinizin Baş redaktoru İradə Tuncaya və yazının müəllifi kimi sizə minnətdarlığımı bildirirəm) əvvəlcə“Ədalət”də sonra isə, “Yenisəs.az”, “Manera.az” və bir sıra onlayn dərgilərdə oxuculara təqdim olundu.
Mart ayının əvvəllərində mənim xeyir-duam və təqdimatımla “Ədəbiyyat qəzeti”nin 2 səhifəsində 13 yazarımızın şeir və nəsr əsərləri yer aldı. May ayının əvvəllərində tanınmış şair,AYB-nin üzvü Məhyəddin
Məhərrəmoğlunun 80 illik yubileyi keçirildi.May ayını sonlarında çapdan çıxan “Ruhumuzun yaz havası” adlı almanaxımızıniyun 9-da Mingəçevirdə, noyabrın 22-də isə AYB-nin Natəvan klubunda təqdimat mərasimləri keçirildi...
Ötən ilki ən önəmli işlərimizdən biri dəpayızda XIX əsrin görkəmli klassik Azərbaycan şairi Xurşidbanu Natəvanın ahadan olmasının 190 illiyinə həsr olunmuş yubiley gecəsini keçirməyimizdir.Ümümən, belə demək caizsə, bölmənin ötən ilki fəaliyyəti yaddaqalan olub...
- Şəxsi yaradıcılığınızda 2022-nin yeri?
Bir az qəribə səslənsə də deyəcəyəm,-ömrüm boyu-illah da gənclik illərim arxada qalandan sonra,-axşamlar yatağıma uzanan kimi gün ərzində atdığım addımlarımı təhlil edir, bir növ özüm-özümə hesabat veririb, ictimaiyyət qarşısında məsuliyyət daşıdığımı özümə dönə-dönə təlqin edirəm.
İl ərzində xeyli sayda şeirlər yazmış, “Mən də belə avamam”, “Qəzetlər yalanımı necə ifşa etdi” adlı iki sənədli hekayəm,1978-1993-cü illər aralığında Cəbrayıl rayonunda rəhbərlik etdiyim “Ümid” Ədəbi Klubu ilə ilgili “Ümid” Ədəbi Klubu Cəbrayılın ədəbi simvolu idi” və “Xudafərin” qəzetinin 90 illik fəaliyyəti ilə bağlı “Mənim sevimli qəzetim” adlı publisistik yazılarım həm “Kredo”, həm də “Xudafərin” qəzetlərində dərcedilib.
Yanvar ayınında “Azərbaycan” jurnalının 5 səhifəsində, “Azad qələm” jurnalının isə 2 səhifəsində, mart və sentyabr aylarında “Ədəbiyyat qəzeti”ndə (hər dəfə bütöv səhifədə), aprel ayında “Ədalət”də, mayda “Kredo”da,oktyabr ayında isə “525-ci qəzet”də xeyli sayda şeirim oxuculara təqdim olunub. “Azərbaycan” jurnalının ötənilki iyul-avqust tarixli birgə sayında “Şuşa etüdləri” adlı lirik poemam işıq üzü görüb. “Manevr.az”, “Sabaha-inamla.az”, “Yenisəs.az”, “Kulis.az”, “Manera.az”, “Dəlidağ.az”, “Kultura.az”, Yenixəbər.org”... onlayın saytlarında və dərgilərində xeyli sayda şeirlərim, publisistik yazılarım oxucuların diqqətinə çatdırılıb.
- Vaqif poeziya günlərinin yaradıcılığınızda və bölmənin həyatında yeri...izi?
Ana Vətənimizin qeyrət alası, gözəllik tacı Şuşanı 1989-cu ildən sonra təzədən ziyarət etməyim (sovetlər dönəmində bu əsrarəngiz gözəliyi ilə hamını heyran edən şəhərdə 5 dəfə olmuşdum) və xalqımızın qalibiyyəti ilə sona çatan II Qarabağ Müharibəsindən sonra Vaqif Poeziya günlərində iştirakım yaddaşımda əbədi olaraq iz salıb. 2021-ci lldə Şuşaya gedib qayıdan kimi yol qeydlərimi və yuxarıda bəhs etdiyim “Şuşa etüdləri” adlı lirik poemamı yazıb mətbuatda dərc etdirmişəm. Qədim mədəniyyət mərkəzi olan Şuşa Qarabağın döyünən ürəyidir və bu möhtəşəm qala-şəhər yurd sevgimin bir parçasıdır!..
- Qurultay və onun barəsində fikirləriniz?
Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı yazarlarımızın ali məclisidir və tədbirin axırlarında və sonrakı günlərdə davam etdirilən yersiz söz-söhbətlər mənim fikrimcə, xoşagələn hal sayıla bilməz. Hər bir yazarın qabiliyyəti ortaya qoyduğu əsərlərlə ilgilidir, başqalarını qaralamaq hesabına hansısa vəzifəyə can atmaq istedadlı söz adamlarına xas olmamalıdır. Mənim həyatımda, ədəbi yaradıcılığımda, son 22 il ərzində rəhbərlik etdiyim bölmədə “mən” kəlməsi “biz” sözündən axırda gəlir...
Yeri gəlmişkən, qurultayın sonunda rəhbər orqanların seçim vaxtı komissiyaların birində təmsil olunmağım, təkcə bölmə rəhbəri kimi mənə yox, həm də mingəçevirli yazarlara yönəlik ehtiram hissinin ən bariz nümunələrindən biri idi...
- Bu ilin yaradıcılıq proqramı - Şəxsi və Bölmə müstəvisində?
Yeni ilin elə ilk günlərindən əməli fəaliyyətimizi davam etdirməkdəyik. Yanvarın 15-də və ayın sonuncu bazar günündə yazarlarımızla yenidən bir araya gəldik. Şair-publisist Məmməd Mərzilinin I Qarabağ Müharibəsində şəhid olmuş ərənlərdən və Ağdam bölgəsində düşmənlə ölüm-dirim savaşına qatılan əsgər və zabitlərin. döyüş hünərlərindən bəhs edən “845” adlı kitabının təqdimat mərasimini keçirdik. AYB Mingəçevir bölməsinin “bar çiçəkləri” adlandırdığımız gənc yazarlarımızdan Ayşən Rəhim, Elçin Məhərrəmli və Xəqani Hunalpın yaradıcılıq hesabatlarını dinləyərək, onlara tövsiyyələrimizi verdik. Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltanın dəvəti ilə 10 nəfər yazarımız və teatrın rəhbər heyəti “Dəyirmi masa” arxasına əyləşməklə yaradıcılıq mübadilələri etdik.
Şəhər İcra Hakimiyyətinin mənəvi dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə iki nominasiya üzrə müsabiqə keçirmək istəyimizi reallaşdırdıq. Müsabiqənin yekununda,-aprel ayının ikinci ongünlüyündə Mingəçevirdə Poeziya gecəsi keçirməyi də planlaşdırdıq.
Özümlə bağlı qeyd etmək istəyirəm ki İnşallah, vaxt məhduiyyətinə baxmayaraq, yeni şeirlər yazıb ortaya çıxaracaq, bölmə üzvlərinin,-illah da ədəbi aləmdə ilk uğurlu addımlarını atan gənc şair və yazıçılarımızın ən yaxşı əsərlərinin mətbuat səhifələrində, onlayın qəzet və dərgilərində dərc olunmasına yardımçı olacağam. Ötən il uşaqlar üçün yazdığım şeirlərin az olmasına rəşmən, bu il çalışacağam ki balalara borclu qalmayam...
- İ.İmanzadənin Cəbrayıla qayıdış istəyinin yaradıcılığında ifadəsi...həyatda, yəni əməli işdə gerçəkləşdirmək planı...
İnsan yaşlandıqca öz doğma elinə-obasına daha çox can atmağa çalışır. Son otuz ilə yaxın zaman kəsimində doğulub, boya-başa çatdığım, uşaqlıq, yeniyetməlik və gənclik illərimin şahidi olan Cəbrayıla təzədən qayıdaraq, dünyaya göz açdığım Böyük Mərcanlıda yaşamaq ən ülvi arzularımdan biridir. İllər boyu köçkünlüyün ən sərt üzü ilə rastlaşmış, niskilimi, yurd həsrətimi qələmə aldığım şeirlərimdə, arzularımda, xəyallarmda yüz dəfələrlə “getdiyim” hər qarış torpağını, daşını-kəsəyini bağrıma basdığım bu ulu məkan sabahkı günlərimin yelkəni, ümidlərimin közərtisidir. İnşallah, ömür möhlət versə Cəbrayılda ədəbiyyatımıza sidq-ürəkdən xidmət etməyə çalışacaq, yazarlarımızı 70-80-cı illərdə olduğu kimi yenidən bir araya gətirəcəyəm...
- AYB-nin üst qurumu...və çevrəsi Mingəçevirdən necə görünür?
AYB-nin rəhbərliyi ilə münasibətlərimiz qarşılıqlı hörmət və ehtiram hissinə söykənir. Heç bir göstəriş və işimizə müdaxilə olmadan fəaliyyətimizi davam etdiririk. Sağ olsunlar, bölmə rəhbəri kimi əməli fəaliyyətimdən razı qalmaları, bununla bağlı yeri gələndə ünvanıma yönəlik səmimi kəlmələri hərdən gəlib mənə də çatır. Ancaq AYB-nin xəttiylə düzənlənən layilərdən bəzən uzaqda qalmağımızı müsbət hal hesab etmirəm. Konkret olaraq 44 günlük II Qarabağ Müharibəsindən sonra AYB-nin xəttiylə nəşr edilən kitabdan kənarda qalmağımız (hansı ki mənim və bölmə üzvlərindən bəzilərinin şəhidlik mövzusunda qələmə aldıqları əsərlər, tarixi düşmənlərimiz üzərində qazanılan Zəfər sevincimizi tərənnüm edən xeyli sayda şeirlərimiz də mövcuddur...
Yeri gəlmişkən, tanınmış ədəbiyyatşünas alimlərin, tele-kanalların,yersiz təriflərin hesabına özlərini “yepyekə” yazar hesab edən bəzi şair və yazıçı “dostlarımıın” əyalətlərdə yaşayan söz adamlarına üstən aşağı baxmaları ilə razılaşa bilmirəm. Belələri anlamır və anlamaq istəmirlər ki bölgələrdə yaşayan istedadlı qələm sahibləri onlardan nəinki əskik, bəlkə də hardasa bir boy üstündürlər...
Sonda şahidi olduğum bir qəribə hadisədən müfəssəl şəkildə bəhs etməklə fikrimi sonuclamaq istəyirəm. 2021-c ildə bölgələrdəki ədəbi aləmdən söz açan bir xanım yazarın “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş hesabat xarakterli yazısını oxuyanda çox məyus oldum. Yazının müəllifi sıradan biri yox, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun məsul elmi işçisi idi. Onun yazısında bölgələrdə fəaliyyət göstərən AYB bölmələrindən yalnız bir neçəsindən bəhs edilsə də, Mingəçevir və digər bölmələrə etinadsızlıq ön planda gəlirdi. Nəinki bölmənin heç yazarlarımızdan birinin də adı çəkilmirdi. Sonradan məlum oldu ki məqalə müəllifi zəhmətə qatlaşıb, araşdırmalar aparmaq əvəzinə sosial şəbəkədə (feysbuq) “dostluğunda” olan əksər cızmaqaraçıların “yaradıcılığından” bəh-bəhlə sözı öz aləmində daha yetərli hesab edib...
Məni yaxından tanıyanlar bilirlər ki nə qədər səbrli-təmkinli şəxs olsam da haqsızlıq görəndə səsimi içimdə boğan adam olmamışam. Həmin günlərdə iradlarımı əvvəlcə şifahi şəkildə institutun şöbə müdirinə, giley-güzarımı bir professor dostuma telefon vasitəsiylə bildirdim. Sonra isə məsələ ilə ilgili etirazımı o vaxtlar institun direktoru, akademik İsa Həbibbəyliyə rəsmi məktub vasitəsiylə çatdırdım...
Şəxsi qənaətimə görə, bilə-bilə, özü də şüurlu şəkildə görülən önəmli işləri göz ardına vurmaq ən azından etinasızlıq və tapşırılan işə məsuliyyətsiz yanaşmaqdır... Eybi yoxdur, keçmiş olsun! Onsuz da mən tərif aludəsi, gördüyüm işləri reklam etmək fikrindən uzaq adamam!..
Müsahibəni qələmə alan: Əbülfət Mədətoğlu
QEYD: MÜSAHİBƏ “YENİSƏS.AZ” ƏDƏBİ DƏRGİSİNDƏ (07.02.2023) dərc edilmişdir.
Baxış sayı: 1 880
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR