Bütün xəbərlər
ABŞ Milorad Dodik və ailəsinə qarşı sanksiyaları ləğv edib
Tarix: 29-10-2025 19:47 | Bölmə: Dünya

ABŞ Serb Respublikasının Prezidenti Milorad Dodikə (Bosniya və Herseqovina daxilində bir qurum) və ailə üzvlərinə qarşı sanksiyaları ləğv edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında məlumat verilib.
Dodikin özündən əlavə, övladları Qoritsa və İqor, eləcə də onunla əlaqəli hüquqi şəxslər, o cümlədən ATV televiziya kanalı sanksiya siyahısından çıxarılıb.
Dodikə qarşı sanksiyalar 2017-ci ildə tətbiq edilib.
21 may 2025-ci ildə Milorad Dodik Serb Respublikasının muxtariyyətinə dəstək müqabilində Tramp administrasiyasına mineral sazişi təklif edib. Serb Respublikasının Radio Televiziyası tərəfindən yayımlanan çıxışında o, regionun ABŞ-ın Çindən minerallara strateji asılılığı ilə bağlı narahatlıqlarından xəbərdar olduğunu və əsas minerallar üçün təchizat zəncirlərini bərpa etməyi və təmin etməyi hədəflədiyini qeyd edib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər