Bütün xəbərlər
İstanbulda beşmərtəbəli bina uçdu, insanlar dağıntılar altında qaldı
Tarix: 29-10-2025 10:24 | Bölmə: Karusel

AHaber-in məlumatına görə, İstanbulun şərqində beşmərtəbəli bina uçdu. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dağıntılar altında qalan insanlar var.
Kocaeli əyalətinin Gebze şəhərində bina uçdu. Gebze bələdiyyəsinin başçısı binada iki ailənin yaşadığını bildirdi.
"Məlumatımıza görə, binada iki ailə, ümumilikdə yeddi nəfər yaşayır", - deyə bələdiyyə sədri bildirib.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatları artıq başlayıb. Binanın uçma səbəbi araşdırılır.
NTV-də çıxış edən Kocaeli valisi İlhami Aktaş yenilənmiş məlumata görə, dağıntılar altında beş nəfərin qaldığını bildirib. O, həmçinin uçmuş binanın yaxınlığında metro tikintisinin davam etdiyini qeyd edib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər