Bütün xəbərlər
"Rubin Kazan" yeni transferi Anton Şvetsin ciddi zədə aldığını açıqladı
Tarix: 29-10-2025 20:40 | Bölmə: Karusel

"Rubin Kazan"ın yarımmüdafiəçisi Anton Şvets məşq zamanı dizindən zədə alıb və sıradan çıxıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun Telegram kanalında məlumat verilib.
Məlumata görə, oyunçuya çarpaz bağın cırılması diaqnozu qoyulub. O, tezliklə əməliyyat olunacaq və reabilitasiyadan keçəcək.
32 yaşlı Anton Şvets sentyabr ayında "Rubin Kazan"a qoşulub və klubda cəmi iki oyun keçirib. O, 2018-ci ildə Rusiya millisində bir oyun keçirib.
Daha əvvəl Rusiya millisinin yarımmüdafiəçisi Daler Kuzyayevin "Rubin Kazan"la müqavilə imzaladığı və karyerasını Rusiya Premyer Liqasında davam etdirəcəyi bildirilirdi. Kazan komandasının mətbuat xidmətinin məlumatına görə, Kuzyayev kluba azad agent kimi qoşulub.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər