Bütün xəbərlər
Ryabkov: "Rusiya-ABŞ sammiti ilə bağlı qərar məzmun hazırlandıqdan sonra veriləcək"
Tarix: 29-10-2025 19:54 | Bölmə: Siyasət

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş danışıqların gündəliyi dəqiqləşdirildikdən sonra baş tutacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "məzmunu hazırladıqdan sonra, əminəm ki, prezidentlər görüşləri, yeni əlaqə barədə qərar verəcəklər", - deyə, baş diplomat bildirib.
Oktyabrın 23-də Vladimir Putin Amerika lideri ilə Budapeştdə planlaşdırılan görüşün ləğv edilmək əvəzinə təxirə salındığını açıqladı.Daha sonra Rusiya prezidenti qeyd etdi ki, lazımi hazırlıq olmadan Rusiya-Amerika sammitinin keçirilməsi səhv olardı.
Bu açıqlama Trampın Macarıstanda görüşün ləğvini elan etməsindən və tərəflərin hələ lazımi nəticələrə nail olmağa hazır olmadığını izah etməsindən sonra verilib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər