Bütün xəbərlər
Gimnastika üzrə Olimpiya çempionu vəfat edib
Tarix: 28-10-2025 17:44 | Bölmə: Karusel

Rusiya Gimnastika Federasiyası Telegram kanalında görkəmli gimnast Olqa Karasevanın (Xarlova) 76 yaşında vəfat etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bəyanata görə, keçmiş idmançı ötən bazar günü, 26 oktyabrda vəfat edib.
"26 oktyabr 2025-ci ildə SSRİ-nin Əməkdar İdman Ustası Olqa Dmitrievna Karaseva (Xarlova) 76 yaşında vəfat edib", - deyə, federasiya qeyd edib.
Olqa Karaseva komanda yarışında bədii gimnastika üzrə Olimpiya çempionu olub, Dünya və Avropa çempionatlarının qalibi olub və dəfələrlə SSRİ çempionluğunu qazanıb.
Rusiya Gimnastika Federasiyası SSRİ-nin Əməkdar İdman Ustası Olqa Karasevanın ailəsinə və dostlarına başsağlığı verib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər