Bütün xəbərlər
Peskov: "Rusiya Trampla öz maraqlarına əsaslanaraq danışıqlar aparmalıdır"
Tarix: 29-10-2025 20:20 | Bölmə: Manşet

Rusiya ABŞ prezidenti Donald Trampla öz maraqlarına əsaslanaraq danışıqlar aparmalıdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, brifinq zamanı jurnalistlərin sualına belə cavab verib.
"Biz onunla (Donald Trampla) necə danışıqlar apara bilərik? Öz maraqlarımıza, milli Rusiya maraqlarımıza əsaslanaraq. Prezidentimiz də bunu edir", - deyə, Kremlin sözçüsü bildirib.
Peskov həmçinin qeyd edib ki, Tramp özü Vaşinqtonun maraqlarını müdafiə etməkdə ardıcıllıq nümayiş etdirib.
Daha əvvəl prezidentin mətbuat katibi Avrasiya icmalarını tarixi yaddaşlarını qorumağa və ən vacib ortaq dəyərlərini unutmamağa çağırıb.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər