Bütün xəbərlər
"Astra"nın baş redaktoru Anastasiya Çumakova Rusiyanın terrorçu siyahısına əlavə edilib
Tarix: 29-10-2025 19:51 | Bölmə: Siyasət

"Rosfinmonitoring" tərəfindən dərc edilən terrorçu və ekstremistlərin siyahısına rusiyalı jurnalist, Rusiyada xarici agent kimi təyin olunmuş "Astra" onlayn nəşrinin təsisçisi və baş redaktoru Anastasiya Çumakova da daxildir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq məlumat agentliyin rəsmi saytında yerləşdirilib.
Veb saytdakı reyestrdə "Çumakova Anastasiya İvanovna, 21 iyun 1992-ci ildə Ulyanovskda anadan olub" deyilir.
"Astra" onlayn portalı 2024-cü ilin oktyabr ayında Rusiya Ədliyyə Nazirliyinin xarici agentlər reyestrinə əlavə edilib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər