Bütün xəbərlər
"Bloomberg": Tramp 8 noyabrda Orbanla görüşməyi planlaşdırır
Tarix: 29-10-2025 20:17 | Bölmə: Manşet

ABŞ Prezidenti Donald Tramp 8 noyabrda Macarıstanın Baş naziri Viktor Orbanla görüşməyi planlaşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Bloomberg vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat verir.
Macarıstanın xarici işlər naziri Peter Siyarto əvvəllər Orbanın noyabrın əvvəlində Ukraynadakı münaqişənin həlli və Trampla ikitərəfli iqtisadi layihələri müzakirə etmək üçün Vaşinqtona səfər edəcəyini bildirmişdi.
"Vəziyyətlə tanış olan bir şəxsin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp 8 noyabrda Macarıstanın Baş naziri Viktor Orbanla görüşməyi planlaşdırır", - agentlik bildirib.
"Bloomberg" mənbəyinin məlumatına görə, görüşün yeri hələ dəqiqləşdirilməyib.
Siyartonun dediyi kimi, Orban və Tramp görüşdə ABŞ-ın Rusiya neft şirkətlərinə qarşı sanksiyalarının Macarıstan iqtisadiyyatına təsirini də müzakirə edə bilərlər. Macarıstanın baş naziri bildirib ki, Budapeşt Rusiya neft və qazına çıxış uğrunda sona qədər mübarizə aparmaq niyyətindədir.




Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər