18:28 / 16-11-2026
AB təxminən 50 Rusiya bankına sanksiya tətbiq edib
18:24 / 16-11-2026
Merzin şəxsi təyyarə pilot lisenziyası dayandırılıb
18:16 / 16-11-2026
Üç yeniyetmə məktəbli oğlanı döyüb
18:10 / 16-11-2026
Ayı ovçunu yaralayıb
18:04 / 16-11-2026
Terrorçunun cəsədini tibb universitetinə köçürmək qərarına gəlib
18:00 / 16-11-2026
Maduro həbsxanadan Rusiyaya salam göndərdi
17:57 / 16-11-2026
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
17:53 / 16-11-2026
Səfir Viktorov Rusiyanın İsrail həyatının bütün sahələrinə verdiyi töhfəni qeyd etdi
17:50 / 16-11-2026
Gənc qadının qətli ilə bağlı yeni cinayət işi açılıb
17:47 / 16-11-2026
Böyük bir ailəni öldürməyə cəhddə ittiham olunan bir kişi həbs edilib
17:42 / 16-11-2026
Məktəbli oğlan 22-ci mərtəbədən lift şaxtasından yıxılaraq sağ qalıb
12:12 / 16-11-2026
Yeniyetmənin rabitə şkafını yandırması ilə bağlı iş açılıb
12:06 / 16-11-2026
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etmək üçün dəvət almayıb
12:02 / 16-11-2026
Avstriya Xarici İşlər Nazirliyi qeyd edib ki, AB özünü Əbu-Dabidə "uşaq masasında" tapıb
11:58 / 16-11-2026
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
11:55 / 16-11-2026
Tayland məhkəməsi ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz etdi
11:50 / 16-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanla birbaşa dialoqun bərpa olunduğunu elan etdi
11:47 / 16-11-2026
Manyak 15 illik həbsdən sonra qayıtdı
00:13 / 16-11-2026
Serbiya Yuqoslaviyanın Baş Qərargah ərazisindəki "Tramp Qüllələri" layihəsini ləğv etdi
00:09 / 16-11-2026
Viza imtinalarına görə bir türk müğənnisi Belçikada orkestrsiz konsert verdi
00:04 / 16-11-2026
Dağıstanlı təqibçi keçmiş sevgilisinin boğazını kəsib
23:59 / 15-11-2026
Ağ Ev keçmiş Pentaqon strateqinə qarşı cinayət işi başlada bilər
19:33 / 15-11-2026
İranlı rejissor Məcid Məcidi "Brilyant kəpənək" mükafatını tərifləyir
19:30 / 15-11-2026
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
19:25 / 15-11-2026
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
19:23 / 15-11-2026
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
19:20 / 15-11-2026
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
19:17 / 15-11-2026
Macarıstan Baş naziri arxiv qalmaqalına görə parlamentdə üzr istəməyə məcbur edilib
19:13 / 15-11-2026
Yanan evdə iki kişi və bir qadın həlak olub
19:09 / 15-11-2026
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
18:59 / 15-11-2026
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
18:54 / 15-11-2026
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
18:46 / 15-11-2026
Tramp Baydeni ABŞ aviasiya tənzimləyicisi ilə bağlı problemlərə görə günahlandırıb
18:29 / 15-11-2026
ABŞ-da onlar Nvidia qalmaqalına görə nazirin istefasını tələb ediblər
18:24 / 15-11-2026
Yaşayış binasını vuran PUA işə düşmədi
18:20 / 15-11-2026
Politoloq Makronun hansı karyera inkişafı haqqında düşündüyünü açıqlayıb
18:08 / 15-11-2026
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
“Naxçıvan ədəbi-mühitində Ordubadi yaradıcılığı ” mövzusuna həsr olunmuş tədbir həyata keçirilib
Tarix: 05-10-2022 17:57 | Bölmə: Ədəbiyyat

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasının oxu zalında “Naxçıvan ədəbi-mühitində Ordubadi yaradıcılığı ” mövzusuna həsr olunmuş tədbir həyata keçirilmişdir.
Tədbirdə çıxış edən mərkəzin elmi katibi Nihad Tarverdiyev qeyd etmişdir ki, ən qədim yaşayış məskəni və sivilizasiya mərkəzlərindən olan Naxçıvan bölgəsinin ədəbi mühiti misilsiz ədəbi şəxsiyyətlər və mənbələrlə zəngindir. Ümumtürk və ümumşərq ədəbiyyatının əsas ağırlıq mərkəzlərindən olan Naxçıvan ədəbi mühitində ədəbi yaradıcılıq çoxcəhətli və müxtəlif janrlı olmaqla yüksək səviyyədə olub. Bu ədəbi mühit qədim dövrlərdən orta əsrlərə, yeni dövrdən müasir dövrə qədər həmişə Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş etmişdir. Belə ədəbi şəxsiyyətlərdən biri də Azərbaycan ədəbiyyatının inkişafında böyük rolu olan, milli ədəbiyyatımızı “Qılınc və qələm”, “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər” kimi tarixi romanlarla zənginləşdirmiş Məmməd Səid Ordubadidir. Qeyd olunmuşdur ki, Ordubadinin tarixi romanları ilə milli tarixi romançılıq ənənəsinin prinsipləri formalaşmışdır. Onun romanlarının hər biri əhatə etdiyi epoxanın güzgüsüdür. «Qılınc və qələm» tarixi romanı Azərbaycan tarixinin Nizami dövrünün ədəbi salnaməsidir. Ümumiyyətlə, Məmməd Səid Ordubadinin əsərləri mənsub olduğu xalqın milli-mənəvi bütövlüyünün, milli birliyinin, mübarizə ruhunun, oyanış və azadlığının böyük ədəbiyyat səviyyəsində əks-sədasıdır. Məmməd Səid Ordubadinin tarixi romanları, müxtəlif janrlarda yazılmış qiymətli əsərləri Azərbaycan xalqının çoxəsrlik tarixinin və keşməkeşli taleyinin ədəbiyyatı olaraq ümummilli mənafelərin ədəbi yaddaşda həkk olunması ilə yanaşı, həm də gələcəyə işıq salan əsərlərdir.
M.S.Ordubadi yaradıcılığı, onun Azərbaycan xalqı və ədəbiyyatı qarşısındakı xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Məmməd Səid Ordubadinin ictimai-siyasi görüşlərini səciyyələndirərək qeyd etmişdir ki: “Məmməd Səid Ordubadinin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır.
Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə onun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmiş, Ordubad şəhərində bir zamanlar yaşadığı ata ocağı ev-muzeyə çevrilmiş, 1979-cu ildə isə Bakıda ədibin Xatirə Muzeyi yaradılmışdır. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 10 aprel tarixli Sərəncamı ilə Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyi ölkəmizdə geniş qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikasında ədibin irsinə dövlət səviyyəsində daim yüksək qayğı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 aprel 2012-ci il tarixli Sərəncamı ilə “Məmməd Səid Ordubadinin 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmiş, əsərlərinin bir qismi yenidən nəşr edilmişdir. Görkəmli yazıçının Ordubad şəhərindəki ev-muzeyi əsaslı təmir olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanının daxil edilməsi Ordubadi irsinə verilən dəyərin bariz nümunəsi olmaqla, gənc nəslə veriləcək ən böyük töhvələrdən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri görkəmli ədibin irsinə verilən dəyəri dolğun şəkildə ifadə edərək qeyd etmişdir ki: “Məmməd Səid Ordubadinin zəngin yaradıcılığı millilik və bəşəriliyi, yüksək vətəndaşlıq qayəsini, qabaqcıl ideyaları özündə birləşdirən Azərbaycançılıq məktəbidir. Bu məktəbin tariximizdə və ədəbiyyatımızda oynadığı rol yüksək qiymətə layiqdir”.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigarın “Ordubadinin şeir yaradıcılığı” mövzusunda və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmovanın “M.S.Ordubadinin publisistikası” mövzusunda çıxışları dinlənilmişdir.
Sonda M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasının metodika və biblioqrafiya şöbəsi tərəfindən tərtib edilmiş tövsiyyə ədəbiyyat göstəricisi Naxçıvanşünaslıq Mərkəzinə hədiyyə edilmiş, tədbir iştirakçıları virtual kitab sərgisinə baxmışlar.
Sabaha-inamla.az

Baxış sayı: 1 172
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib