22:26 / 23-08-2025
Yeniyetmələr saxlanılıb
Bütün xəbərlər
Qəzza zolağında öldürülən jurnalistlərin sayı 240-a çatıb
Tarix: 23-08-2025 22:11 | Bölmə: Karusel

2023-cü il oktyabrın 7-dən Qəzza zolağında həlak olan jurnalistlərin sayı 240-a çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qəzza hökumətinin informasiya xidməti məlumat yayıb.
Qeyd olunur ki, ölənlərin sonuncusu Xalid Məhəmməd əl-Madhoun olub. Fələstin televiziyasında fotomüxbir kimi çalışıb.
“Qəzza zolağına qarşı soyqırım müharibəsi başlayandan bəri öldürülən jurnalistlərin sayı 240-a çatıb”, - RİA Novosti informasiya xidmətinə istinadən xəbər verir.
Bir gün əvvəl BMT Qəzza zolağında rəsmən fəlakətli aclıq vəziyyətinin qeydə alındığını açıqlamışdı. İsrail indi HƏMAS-ı tamamilə məğlub etmək və Qəzza şəhərinə nəzarəti ələ keçirmək üçün hərbi əməliyyat hazırlayır.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər
20-08-2025, 18:13 İki alpinist həlak olub