22:15 / 04-05-2026
İran ordusu Hörmüz boğazında xəbərdarlıq atəşi açıb
22:08 / 04-05-2026
78 yaşlı anasını döyərək öldürdüyünə görə həbs edilib
21:55 / 04-05-2026
Bernvald Livanda döyüşlərin davam etdiyini bildirdi
21:53 / 04-05-2026
Zelenski Kiyevin AB-yə üzvlük danışıqlarına hazır olduğunu açıqladı
21:48 / 04-05-2026
Elektrik skuterində olan gənc oğlan bir qızı vurub hadisə yerindən qaçıb
21:45 / 04-05-2026
Tanışını qətlə yetirməkdə ittiham olunan həbs edilib
21:42 / 04-05-2026
Lavrov Misir xarici işlər naziri Əbdüləti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
19:06 / 04-05-2026
Fırtına xəbərdarlığı verilib
19:04 / 04-05-2026
Finlandiya Rusiya sərhədinə yaxın olduqları üçün hava məkanına daxil olan dronları vurmadı
19:01 / 04-05-2026
Ermənistanın Avropaya inteqrasiyası Yerevan və Tehran arasındakı münasibətlərin pisləşməsinə səbəb ola bilər
18:58 / 04-05-2026
Uşaq beşinci mərtəbənin pəncərəsindən yıxılıb
18:55 / 04-05-2026
Fiko və Zelenski Yerevanda görüşdülər
18:09 / 04-05-2026
Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?
17:50 / 04-05-2026
Yaxın Şərq münaqişəsindən ən çox Almaniya əziyyət çəkdi
17:47 / 04-05-2026
Polşa Almaniyadan çıxarılan ABŞ qoşunlarını dəstəkləməyə hazırdır
17:08 / 04-05-2026
Ermənistan Makronun sözlərini ikiüzlü və yalan adlandırır
17:04 / 04-05-2026
İş adamından pul tələb edən dörd kişi həbs olundu
17:01 / 04-05-2026
ABŞ ordusu Hörmüz boğazında İİKK-nın qayıqlarına hücum edə biləcək
16:58 / 04-05-2026
Tanışını yandıran 9,5 il həbs cəzasına məhkum edilib
16:51 / 04-05-2026
Dağıstanın keçmiş rəhbəri yeni vəzifəyə göndərilməməsini xahiş edib
16:48 / 04-05-2026
Paşinyan Ermənistanın NATO ilə əməkdaşlığından danışdı
16:44 / 04-05-2026
Kanada Ukraynaya silah almaq üçün əlavə 200 milyon dollar xərcləyəcək
16:35 / 04-05-2026
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib-VİDEO
16:16 / 04-05-2026
“Space”in yeni rəhbəri kimdir? - Dosye
23:15 / 03-05-2026
Tofiq Paşayevə ağır itki
22:58 / 03-05-2026
Mehriban Əliyeva və Alina Kabaeva Avropa kubokunu izlədilər - Fotolar
22:43 / 03-05-2026
Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - Fotolar
22:39 / 03-05-2026
Makron Yerevan sammitinə həyat yoldaşı olmadan gəlib
22:33 / 03-05-2026
İran ABŞ-dan 14 bəndlik sülh təklifinə cavab alıb
22:25 / 03-05-2026
Zelenski Yerevanda Keyr Starmer ilə görüşüb
22:21 / 03-05-2026
"Paşinyanın daha bir səhvi": Millət vəkili Çepa Ermənistanda keçirilən AB-Ukrayna sammiti ilə bağlı
22:14 / 03-05-2026
Türkiyənin şərqində avtobus qəzasında dörd nəfər ölüb
20:59 / 03-05-2026
"Afrika aslanı" təlimi zamanı iki ABŞ əsgəri itkin düşüb
20:54 / 03-05-2026
"The Guardian" Hegseth-in ən böyük qorxusu haqqında məlumat yayıb
20:49 / 03-05-2026
Politoloq Trampın Çin səfərindən nə gözləməli olduğunu açıqladı
20:46 / 03-05-2026
İran liderinin müşaviri blokadaya cavab olaraq ABŞ gəmilərini məhv etməklə hədələdi
20:40 / 03-05-2026
Larisa Dolinanın 2026-cı ilin sonuna qədər konsertlərinin sayı açıqlandı
20:35 / 03-05-2026
Keçmiş "Mançester Yunayted" meneceri Aleks Ferqyuson ev oyunundan əvvəl xəstəxanaya yerləşdirilib
YURD AĞRILARINDAN YURD VÜSALINA...-TARİYEL ABBASLI
Tarix: 07-06-2022 00:07 | Bölmə: Ədəbiyyat

O yerlərin bitmək bilmir həsrəti,
Neçə ildir dağ-daş bizi gözləyir.
Qartal kimi sevən varmı dağları,
O dağlara yoldaş bizi gözləyir.
Bu misralar tanınmış şair,Azərbaycan Yazıçılar Birliyinin üzvü Malik Əhmədoğlunun "Həsrətimin sonu gəlmir" kitabındandır.Malık Əhmədoğlu ilə tanışlığımın və yaxınlığımın bir 20 ilə qədər tarixi var,amma onun məni tanımasının tarıxı özünün dediyi kimi 35-40 ildən çoxdur. Mənim bu dəyərli şairimizlə yaxınlığımın təməli məhz "Dirili Qurbani" məclısində qoyulmuşdur. Yaradılmasının 18 illiyinə hazırlaşdığımız "Qurbani məclisi" ədəbiyyatımıza və poeziyamıza bir çox dəyərli söz adamları bəxş edib.Onlardan biri də haqqında söhbət açacağım Malik Əhmədoğludur.1968-ci ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub.Mənim ilk gənclik illərim və əmək fəaliyyətim Dağtumas kəndi və sovetliyi (o zamankı ifadə ilə) ilə bağlı olduğuna görə bu yerləri çox yaxşı tanıyıram.Malikin doğulduğu kənd Tumas dağının ətəyində meşəliklərlə əhatə olunmuş iki dağ sinəsinin arasında,yamaclarından diş göynədən təbii bulaqlar qaynayan gözəl,unudulmaq bilməyən havası olan bir məkan idi. Şübhəsiz ki,belə bir təbii gözəlliyə malik,ekoloji baxımdan çox əhəmiyyətli olan bir yerdə bəlkə də şair olmamaq mümkün deyil:
Səhərin küləyi könül oxşayır,
Paylayır ətrafa zümzüməsini.
Təbiət çıçəyin,gülün üstündə,
Gəzdirir sevgiylə xoş nəfəsini.
Malik müəllim uzun müddətdir-yarandığı gündən "Qurbani məclisinin "üzvü və təşkilati işlər üzrə rəhbərlərindən biridir. Bütün bu illər ərzində o özünü həm bir vətənpərvər şair-publisist,həm də təşkilatçı kimi göstərə bilmişdir. Onun "Ölməyə qoymayın ümidlərimi", "Bir də baxacaqmı gözüm dağlara", "Sevincim qəmim vətən", "Söz gərək deyilsin öz zamanında", şeirlər, "İtirilmiş ömür"- hekayələr və "Dağtumas şəhidləri" bədii-publisistik kitablarının yalnız bir qayəsi, bir mövzusu var: vətən, ana torpaq, yurd ağrıları, torpaq və şəhid itkiləri və bundan qaynaqlanan ağrı-acılar, bütün bu vətənpərvərlik duyğuları vətən sevdalısı M.Əhmədoğlunun yaradıcılığından qırmızı xətt kimi keçir.Poeziyanın əzəli və əbədi bir neçə mövzusu var ki, bu bütun şairlərin yaradıcılığında özünü göstərir: Bu vətən və sevgi mövzusudur.M.Əhmədoğlunun vətən sevdalı şeirləri onun dərdli-yaralı ürəyinin qəlbgöynədən duyğularıdır. Demək olar ki, biz hər gün onun adını çəkdiyimiz kitablarında, həm də sosial-şəbəkələrdə vətən sevgisinə köklənmiş şeirlərini oxuyuruq. 2020-ci il sentyabrın 27-si və noyabrın 10-na qədər olan şeirlərdə ab-hava başqa, bu müddətdən, yəni 44 günlük müharibədən sonrakı günlərdə yazılan şeirlərin ruhu bir başqa olsa da, bunların ümumi məcmusu vətənə, torpağa, elə-obaya məhəbbətidir:
Malik, gözlərində yurd salıb qubar,
Hər dərddən eylədin həyatda nübar
Od olub dünyanı yaxmağa nə var
Gözümdən getməyən külün dərdidir.
Vətən müharibəsindən sonra yazılan şeirlərin mövzusu bir olsa da təbii olaraq onların ruhu bam-başqadır. İgid Azərbaycan əsgərinin, dünyaya səs salan Azərbaycan Milli Ordusunun və müzəffər Ali Baş Komandanmızın artıq zərbi-məsələ çevrilmiş "Qarabağ Azərbaycandır!" ifadəsinin könülləri oxşayan xoş ovqatından sonra şeirlərin məzmununda bir yenilik, təzəlik, yüksək əhval-ruhiyyə özünü göstərir:
Gəlmişəm dağlara söhbət etməyə,
Cox sayda deməyə sözüm var mənim.
Qaya kölgəsində illərlə qalan,
Alışmaq istəyən közüm var mənim.
Ömür başa catır dərd hədəfində,
Unudub ziyanın daha nəfində,
Uzanan çöllərin hər tərəfində,
Ünvanı axtaran izim var mənim.
Bəli,şair o qayaların,düzlərin,şır-şır bulaqların,büllur kəhrizlərin hər birində hər birimizin izimiz,nəfəsimiz var,illərdir o iz,o nəfəs bizi gözləyir. Bir az da dözüm olsa hər şey düzələcək:
Malikəm, taleyin verdiyi dərdim,
Üst-üstə yığıldı çox sayda dərdim
Bu qədər dərdimdən çoxdan ölərdim.
Nə yaxşı canımda dözüm var mənim.
M.Əhmədoğlunun adını cəkdiyim kitablarını vərəqləsək orada yüzlərlə vətən, torpaq Cəbrayıl, Qarabağ həsrətli şeirlərə rast gələrik.Bu şeirlərin hər biri müəyyən bir hadisə, yaddaşa gələn düşüncə və ağrı-acılardan qaynaqlanmış şeirlərdir. Hələ neçə il öncə yazdığı "Cəbrayıl" şeirinin misralarına nəzər salaq:
Yenə yaraların qopdu qaysağı,
İçimi yandırdı közüm, Cəbrayıl!
Kədərdən, qüssədən qopa bilmirəm
Sevincin itirib sözüm, Cəbrayıl!
Malik necə dözsün de, həsrətinə,
Son qoydu ayrılıq səadətinə.
Bir gün layiq olub məhəbbətinə,
Sarılım boynuna özüm, Cəbrayıl!
Şairin illər öncəsi yazdığı bir neçə Qarabağ ünvanlı şeirlərindən birinə baxaq:
Bir vaxt sevinərdi, bir vaxt gülərdi
İndisə aglayan gözdü Qarabağ!
Həzm edə bilməyir bu qədər dərdi,
Dillərdə ən acı sözdü Qarabağ!
Malik, bu dərdlərə dözmək çətindi,
Sınmayan qamətlər bu dərddən sındı.
Zəfər tonqalıdır həsrəti indi
Bir nəfəs gözləyən közdü Qarabağ!
Bu şeirlərin hər birində şair torpağa, elə-obaya dönəcəklərini xüsusilə vurğulayır və buna böyük inamla özünü də oxucusunu da inandırır.Və inandıq, hamımız inandıq ki, artıq bizim Qarabağımız zəfər soraqlı oğullarımızın qəhrəmanlığı ilə geri qaytarıldı.
Poeziyamızda ən çox önəmli yer tutan poetik mövzulardan biri də "Dağlardır" elə bir şair tapa bilmərik ki, o öz yaradıcılığında dağlara xitab etməsin. Bunun ən başlıca səbəbi isə aydındır: Dağlar dolayısı və elə birbaşa yolla vətənin rəmzidir. Sən dağları vəsf edirsənsə, deməli vətəni tərənnüm edirsən. Malikin dağlara həsr etdiyi şeirləri birbaşa vətənə həsrolunmuş şeirlərdir, sadəcə olaraq burada söz, ifadə, müraciət dağlara ünvanlanır:
Eldən ayrı soldu ömrüm,
Ağla məni ağla, dağlar.
Tənhalaşan bu ruhumu
Vüqarına bağla dağlar.
VƏ YA:
Tənhalıq görməsin kimsə dünyada,
Bu ağrı evini yıxdı dağların.
Elini itirib yalqızlıq görmək,
İllərlə qəlbini sıxdı dağların…
Yuxarıda qeyd etdiyim kimi dağlar təbiətin insanlara bəxş etdiyi ən gözəl və əvəzsiz bir nemətdir.Dağ havası sağlamlıq və gözəllikdir.M.Əhmədoğlunun şeirlərində təbiətin bu ecazkar gözəlliyi, xüsusilə onun doğulduğu bölgənin al səhərləri, işıqlı gündüzləri, güllü-çiçəkli çölləri, al-əlvan tarlaları böyük məhəbbətlə tərənnüm edilir.İnanırıq ki, M.M.Əhmədoğlu tezliklə gözəl Qarabağımızın bənzərsiz gözəlliyə malik Dağtumas dağlarını və meşələrini öz bədii poetik lövhələri iləvəsf edəcək, yeni-yeni əsərlərini yaradacaqdır.
Qarabağ münaqişəsini mənfur düşmənlərimizin amansız Qarabağ müharibəsinə çevirdikləri Qarabağ savaşı Azərbaycanın bütün ailələrinə müxtəlif dərəcəli itkilər,dağıntılar,fəlakətlər gətirdi.Bu müsibət Malikin də ailəsindən yan keçmədi.I Qarabağ savaşında qardaşı Zöhrab Məmmədov Cəbrayıl uğrundakı döyüşlərdə qəhrəmanlıqla şəhid oldu.Üstəlik Malik müəllimin 20-yə yaxın qohum-əqrəbası bu döyüşlərdə şəhid oldu,itgin və girov düşdü. Bütün bunlarla bağlı onun "Dağtumas şəhidləri" publisistik kitabında geniş məlumat verilsə də,onun poeziyasının əsas mövzularından biri də elə şəhid şeirləri,şəhid ağrıları,Xocalı,Şuşa faciələri ilə bağlıdır:
Düşmənin önündən dönmədi geri,
Sonadək meydanda durdu şəhidlər.
Döyüş dəftərinə öz möhürünü,
Qanıyla canıyla yazdı şəhidlər.
Vətənin alınmaz qalasına çevrilən igid döyüşçülər, şəhidlər haqqında nə qədər əsərlər şeir və poemalar, musiqi əsərləri yazılsa yenə də azdır.Çünki onlar bu döyüşlərə gedərkən ölümü canla-başla qəbul edib getmişdilər. O cümlədən M.Əhmədoğlu qardaşı Zöhraba həsr etdiyi şeirdə yazır:
Şəhidlik yolunu seçdin əbədi,
Qoynuna baş qoydun ana torpağın.
Bağlamaq olmadı yaralarını,
Bələndi bir anda qana torpağın.
Onun digər bir şeiri "Anam necə ağlamasın" adlanır. Burada şair öz anasının timsalında bütün anaların dərdinə yanır onlara sanki təsəlli olur, onları əzizləyir:
Ürəyində bala dağı
Anam necə ağlamasın?
Görə bilmirsə torpağı
Anam necə ağlamasın?
…Malik, dözmək olmur dərdə,
Tükənibdir səbirlər də.
Yetim qalıb qəbirlər də,
Anam necə ağlamasın?
M.Əhmədoğlunun vətənpərvərlik şeirləri içərisində Xocalı faciəsinə həsr olunmuş bir neçə şeiri vardır. Bu şeirlərin hər birində müəllifin vətən yanğısı, günahsız insanların başına gətirilən amansız və heç bir insanlıq qanunlarına sığmayan əməllərini təsvir etdiyi göstərilir:
Cəsədlər yan-yanadır,
Bu dərd bizi sınadı,
Baxdım ürək qanadı,
Qədərinə Xocalı
Yolu yağı bağladı,
Ürəkləri dağladı,
Azərbaycan ağladı,
Xəbərinə Xocalı.
-deyir vəşeiri nikbin notlarla bitirir:
Qisasını alarıq,
Dünyaya səs salarıq,
Bir gün şahid oıarıq
Zəfərinə Xocalı.
Poeziyanın əbədiyaşar mövzulardan biri də sevgi şeirlərdir.İnsanı yaradan da, yaşadan da, onu ən xoş əməllərə səsləyən və aparan da sevgi-məhəbbətdir.Hər bir şair poeziya kəhkəşanında özünün sevgi yolunu da tapır. M.Əhmədoğlunun da yüzlərlə sevgi-məhəbbət şeirləri var. O, burada sevgilisini gah dağlar qoynunda, qaynar bulaqların gözündə,allı-güllü yaylaqlarda, lalələrin, nərgizlərin əhatəsində tərənnüm edir:
Malik, məhəbbətə bələ ömrünü,
Sevgisiz keçməsin ömrün bir günü.
İstəməz sahildə görə özünü,
Sevgi dənizində üzən ürəklər.
Və yaxud:
Səni itirməyim nə verdi mənə,
Qazancım həyatda hicranın oldu.
Yaddaşa ömürlük həkk olan yenə
Gülüm, bu dünyada son anın oldu.
Bu səpkidən olan bir şeirində isə şair deyir:
Hər zaman hicranı günahkar bilib
Arzusu gözündə qalan sevgilər.
Leylisin itirib Məcnuna dönüb
Meylini çöllərə salan sevgilər…
M.Əhmədoğlunun şeirlərinin bədii siqləti, bədii emosional təsir dairəsi də çox qüvvətlidir."Həsrətimin sonu gəlmir" kitabındakı şeirlərin əksəriyyəti qoşma və gəraylılar, digər ənənəvi şeirlərdir. O cümlədən kitabda poeziyamızda az müraciət olunan divani şeir forması da vardır ki, bunlar şairin şeirlərindəki orijinallıqdır. Eyni zamanda şeirlərdə işlədilən bədii təsvir və ifadə vasitələri şeirləri daha oxunaqlı edir və təsirini artırır.
Kitabda "Həsrətin Bəzz qalası" poeması da yer almışdır.Poema Malik Əhmədoğlunun Cənubi Azərbaycana səfər edərkən orada Bəzz qalasını-Babək qalasını ziyarət etməklə bağlı müəllifin lirik düşüncələrindən qaynaqlanmış gözəl bir lirik poemadır. Bayatı tez əzbərlənən,mütəhərrik və yaddaqalan bir janr olduğuna görə şübhəsiz ki əksər şairlərin yaradıcılığında yer almışdır.M.Əhmədoğlunun kitabında iri həcmli bir bölməni əhatə edən bayatılar demək olar ki,bütün mövzuları əhatə edir.Ağrı-acı,nakam sevgi,vəfasız dost,qarı düşmən,etibarsızlıq,vətən,hicran bu bayatıların məğzini təşkil edir.
Dəyərli şairimiz M.Əhmədoğluna yeni yaradıcılıq uğurları arzulamaqla bərabər, istərdim ki, o bundan sonra yurd vüsalına köklənmiş yeni əsərləriylə könlümüzü dönə-dönəşad eləsin!
TARİYEL ABBASLI,
filologiya üzrə fəlsəfə doktoru

Baxış sayı: 1 506
Bölməyə aid digər xəbərlər

25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd