22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
MONOQRAFİYA REPRESSİYA QURBANLARININ RUHUNA EHTİRAM İFADƏSİDİR-ƏBÜLFƏZ AMAN oğlu QULİYEV
Tarix: 17-03-2022 23:55 | Bölmə: Ədəbiyyat

Bütün dövrlərdə xalqda milli mənlik şüurunu oyatmaq əhəmiyyətli bir vəzifə olmuşdur. Bu məqsədlə gənc nəslin tərbiyəsində keçmiş təcrübədən, soykökümüzün pedaqoji irsindən istifadə etmək, milli kökə, xalq ruhuna bağlı olan şəxsiyyətlər yetişdirmək aktuallıq kəsb etmiş, böyük əhəmiyyət daşımışdır. Bu baxımdan xalqımızın bir çox görkəmli ictimai xadim və ədəbi simalarının irsi və fəaliyyəti bu sahədə əhəmiyyətli nümunəyə çevrilmişdir. Görkəmli ədəbi simalarımız olan Firidunbəy Köçərlinin, Ömər Faiq Nemanzadənin, Hüseyn Cavidin, Salman Mümtazın,Yusif Vəzir Çəmənzəminlinin, Hənəfi Zeynallının, Seyid Hüseynin, Tağı Şahbazi Simurğun pedaqoji irslərinin öyrənilməsi də bu baxımdan yüksək əhəmiyyət kəsb edir.
Fikrimizcə, hər hansı bir tarixi şəxsiyyətin dünyagörüşünə düzgün qiymət vermək üçün tədqiqatda bir neçə şərtə riayət edilməlidir. Hər şeydən əvvəl, tarixi şəxsiyyətin – pedaqoqun, filosofun, siyasi xadimin, ədibin, şairin və ya başqalarının dünyagörüşü yaşadığı dövrün iqtisadi və sosial-siyasi şəraiti ilə qırılmaz əlaqədə götürülməlidir. Bunsuz şəxsiyyətin dünyagörüşünün elmi tədqiqindən bəhs etmək çətindir. Sonra şəxsiyyətin dünyagörüşü öz dövrünün bütün elmi-pedaqoji, fəlsəfi, ideoloji görüşləri sistemində öyrənilməli, dövrün bütün başlıca ideya-fəlsəfi cərəyanları fonunda tədqiq edilməli və bu yolla onların dünyagörüşünün tarixi yeri müəyyənləşdirilməlidir. Bu mənada Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika elmləri doktoru Kamal Camalovun “Repressiya qurbanlarının maarifçilik ideyaları” adlı monoqrafiyası olduqca əhəmiyyətli, qeyd edilən kriteriyalara uyğun ərsəyə gəlmiş, aktual mövzuya həsr edilən ciddi bir elmi əsərdir. Pedaqogika elmləri doktoru Kamal Camalovun monoqrafiyasında Azərbaycan məktəb və pedaqoji fikir və mədəniyyətinin görkəmli xadimləri olan Firidunbəy Köçərlinin, Ömər Faiq Nemanzadənin, Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin və Tağı Şahbazi Simurğun pedaqoji görüşləri geniş təhlil obyektinə çevrilmişdir. Əsərdə bu görkəmli şəxsiyyətlərin əxlaqi fikirləri, elm, maarif və təhsil haqda fikirləri, ictimai ideyaları, ana dili haqqında qayğıları, müəllim və müəllim hazırlığı haqqında tələbləri tədqiq və təhlildən keçirilmiş, sərf-nəzər edilmişdir.
Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində böyük rol oynamış repressiya qurbanları olan bəzi ziyalılarımızın, o cümlədən ədəbi şəxsiyyətlərimizin pedaqoji ideyalarını araşdırmaq olduqca əhəmiyyətli və aktual məsələdir. Adlarını qeyd etdiyimiz Firidunbəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz, Tağı Şahbazi Simurğ, Hənəfi Zeynallı, Seyid Hüseyn və digər bu kimi milli ziyalılar xalqın gələcək taleyinin böyüyən nəslin məqsədəmüvafiq vətəndaşlıq tərbiyəsindən çox asılı olduğunu aydın dərk edirdilər. Bu baxımdan bu görkəmli şəxsiyyətlər həm fikirlərində alovlu maarifçilik ideyalarını səsləndirmiş və həm də xalqın maariflənməsi yolunda fədakarlıqla çalışmışlar. Fikrimizcə, bu böyük mütəfəkkirlərin: “Hər bir millət üçün nicat yolu balaca uşaqları məktəbə aparıb tərbiyə vermək ilə əmələ gəlir. Əgər belə olmasa heç bir şey fayda bağışlamayacaq”, – deyə irəli sürdükləri təkcə bir ideya, bir fikir onların Azərbaycan pedaqoji fikir tarixində nə dərəcədə mühüm bir yerə sahib olduqlarını göstərir və bu baxımdan da xalqımızın pedaqoji fikir nümayəndələri sırasına daxil etməyə tam əsas verir.
Belə hesab edirəm ki, Kamal Camalovun “Repressiya qurbanlarının maarifçilik ideyaları” adlı monoqrafiyası aktual olan bir mövzuya həsr olunduğundan əhəmiyyətlidir, xalqımızın inkişafı və oyanışında görkəmli xidmətləri olan repressiya qurbanlarının ruhuna ehtiramın bir ifadəsidir. Adıgedən monoqrafiyada repressiya qurbanlarının vətəndaşlıq ideyaları və fəaliyyəti elmi-pedaqoji aspektdən təhlil edilmiş, yaradıcılıqlarındakı vətəndaşlıq ideyalarının müasir dövr üçün əhəmiyyəti göstərilmiş və həmçinin, vətən fədailərinin yaradıcılığındakı milli düşüncə və vətəndaşlıq ideallarının təcəssümü müəllif tərəfindən uğurla səciyyələndirilmişdir.
Monoqrafiyada böyük maarifçilərin həyatı, yaradıcılığı və maarifçilik ideyalarının yeri və rolundan bəhs edilir. Tədqiqatçı vətənpərvərlik duyğuları ilə zəngin olan nakam maarifçilərin tarixin çarxını yeni yola salmasından, dünyanı çirkablardan təmizləməsindən, yer üzünə yeni baxış, yeni düşüncə, azadlıq və səadət gətirmək uğrunda yorulmaz fəaliyyətlərindən, dönməz mü-cadilələrindən danışır. Həmçinin Firidunbəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Tağı Şahbazi Simurğ və digər nəhəng fikir adamlarının məsuliyyətli ömür yollarından, Vətənin istiqlalı naminə maarif və elm səngərində keçən mübarizə xidmətlərindən və s. bəhs edilmişdir. Bu görkəmli şəxsiyyətlərin ictimai həyatda həmişə azərbaycançılıq mövqeyində dayanan böyük müdafiəçisi olmalarından da tədqiqatçı tərəfindən aydın dillə danışılmış və bəhs edilmişdir.
Monoqrafiyada tədqiqatçı tərəfindən repressiya qurbanlarının fikriləri vətəndaş mövqeyi və şəxsi ləyaqət məsələsi, azərbaycanlılıq xarakteri, əsil insana məxsus mənəvi keyfiyyətlər və əqidə sahibi olmaq cəhətindən təsnif edilərək tədqiq edilmişdir. Ən başlıcası isə, bu görkəmli ziyalıların fikirlərindəki Azərbaycan torpağının hər qarışının belə dünyada hər şeydən qiymətli və əziz, müqəddəs olduğunu, vətən və xalq sevgisini inama, məfkurəyə, ideala, amala çevirmək yolunda maarifçilik xidmətlərini təhlildən keçirmək qarşıya qoyulan əsas məqsəd olmuşdur.
Fikrimizcə, pedaqogika elmləri doktoru, əməkdar müəllim Kamal Camalov repressiya qurbanlarının yaradıcılığında vətəndaşlıq tərbiyəsinin aşılanması ideyasının əsil ruhunu tuta bilmiş, bu ideyaların bu gün də istifadə üçün aktual olduğunu elmi dəlillərlə sübut etmiş, həmçinin onların yaradıcılığındakı ictimai-mədəni şəraiti səciyyələndirmiş, vətəndaşlıq tərbiyəsində nəzərə alınması məsələləri və eləcə də tərbiyə sistemində psixoloji-pedaqoji xüsusiyyətləri elmi-pedaqoji aspektdən təhlil obyektinə çevirmişdir.
Monoqrafiyada, həmçinin repressiya qurbanlarının ailə tərbiyəsi haqqında fikirləri də müvəffəqiyyətlə işlənmişdir. Xüsusilə, ailə tərbiyəsinin xüsusiyyətləri, ailədə ananın müstəsna rolu barədə Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin ideya görüşlərinin düzgün ümumiləşdirilməsi Kamal müəllimin həm mövzuya yaxından bələd olduğuna, həm də müasir pedaqogika elmini lazımi səviyyədə bildiyinə dəlalət edir. Müəllif haqlı olaraq vurğulayır ki, bu görkəmli ziyalılar ailə tərbiyəsi, estetik tərbiyə, əmək tərbiyəsi və s. məsələlərə də geniş yer vermişlər. Hüseyn Cavidin və Yusif Vəzir Çəmənzəminlinin əsərlərindəki fikirlərinin təhlili də göstərir ki, milli mədəniyyətimizin bu görkəmli nümayəndələri tərbiyə və tərəqqi işində ailəyə çox böyük diqqət vermiş və onun möhkəmləndirilməsini cəmiyyətin mütərəqqi inkişafı üçün zəruri hesab etmişlər. Repressiya qurbanları haqlı güman etmişlər ki, ailə münasibətləri, eləcə də qadına qarşı münasibətlər qaydaya düşərsə, cəmiyyətdə baş verən bir sıra pozğunluqların qarşısını almaq mümkün olacaqdır. Düzdür, Cavid Çəmənzəminlidən fərqli olaraq yaradıcılığının ilk illərində qadınların çadraya örtünməsi, bürünməsi tərəfdarı olsa da (“Pənbə çarşaf” şeirində olduğu kimi), çox çəkmir ki, bu ideyanın qəti əleyhinə çıxmış və qadınların çadradan birdəfəlik uzaqlaşacağının çox yaxında olduğunu da hiss etmişdir. Həmçinin, “Maral” əsərində xanımların açıq gəzməsində “heç bir məhzur” görməyən Hüseyn Cavid bununla bərabər, “əcnəbilərdə olan mənasız sərbəstliyə də əsla tərəfdar” olmamışdır.
Monoqrafiyada ailə tərbiyəsində özülü qoyulan, cəmiyyətdə möhkəmlənən vətəndaşlıq kredosu, ailədə vətəndaşlıq tərbiyəsinə hazırlıq işinin imkan və yolları məsələləri də tədqiqatçı tərəfindən bacarıqla araşdırılmış, təhlil edilib ümumiləşdirilə bilmişdir. Tədqiqatçı Kamal Camalov mənəvi tərbiyənin əhəmiyyətini, təsvirini, təşəkkülü və inkişafını repressiya qurbanlarının görüşü baxımından təhlil etmiş, gənclərin milli ruhda tərbiyəsi məsələlərini, həmin tərbiyəvi örnəklərin rolunu elmi əsaslarla müəyyənləşdirmişdir. Burada da tədqiqatçı böyük mütəfəkkirlərin əxlaq tərbiyəsi, əmək tərbiyəsi, böyüyən nəslin vətənpərvərlik tərbiyəsi, dostluq-yoldaşlıq tərbiyəsi haqda fikirlərindən müasir pedaqoji mühitdə müvəffəqiyyətlə istifadə oluna biləcəyini inandırıcılıqla əsaslandıra bilmişdir. Tədqiqatçı haqlı olaraq əbədiyaşar sənətkarların tərbiyəyə dair fikirlərində vətənpərvərlik ideyasının aparıcı yer tutduğu qənaətinə gəlmişdir. Firidunbəy Köçərlinin, Ömər Faiq Nemanzadənin, Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin və Tağı Şahbazi Simurğun satqınlığa, xəyanətkarlığa qarşı mübarizəsinin əsasında uşaqlara, yeniyetmələrə, gənclərə düzgün əqli və əxlaqi tərbiyə verilməsinin zəruriliyi ideyasının doğurduğunu söyləməkdə də tədqiqatçı haqlıdır. Müəllif Kamal Camalov yazır ki, repressiya qurbanlarına görə tərbiyənin məqsədi saf əxlaqa malik, əqlli, kamil, vətənpərvər insan tərbiyə etməkdir. İnsan adını yüksək tutan, ən ülvi hisslərlə ona ehtiram bəsləyən humanist nasir və şairlər insanlıq borcunu yerinə yetirmək üçün onun tərbiyə olunmasının zəruriliyini irəli sürmüşlər. Onlar ümumilikdə bu fikirdə idilər ki, “vəzi-cahanın dəyişdiyi” XX əsrdə mədəni tərəqqinin müasir mərhələsində “rindanə” əsərlər yazmaq, günün məsələlərinə biganə qalmaq cinayətdir. “Tərbiyeyi-millət”, “millətə xidmət” hər bir şairin, ziyalının borcudur. Onlar zülm zənciri altında işgəncə çəkən, fəlakətdə qalan millətin qurtuluş yolunu tərbiyədə görürdülər. Ona görə də dövrün bütün mütərəqqi ziyalılarını bu işə cəlb etməyə çalışırdılar. Firidunbəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Tağı ŞahbaziSimurğ, Hənəfi Zeynallı və digərləri xalqın dərdinə “qəmxar” olmayan, onun tərbiyəsi qeydinə qalmayan, “avamdan heç nə hasil olmaz”, – deyə xalq kütlələrindən ümidini üzərək, onlara qarşı laqeyd olan üzdəniraq ziyalıları məzəmmətləyir və xalqa inam bəsləməyi, böyük ümidlə yaşamağı tövsiyə edirdilər. Bu da onların bir pedaqoq, maarifçi kimi nikbinliyindən, öz canlarından artıq sevdiyi millətin gələcəyi haqqında narahatlığından irəli gəlirdi.
Ümumiyyətlə, əsər elmi üslubu ilə seçilən, aydın, səlis, oxunaqlı bir dillə yazılmış bitkin, mükəmməl monoqrafiyadır. Fikrimizcə, Kamal Camalov “Repressiya qurbanlarının maarifçilik ideyaları” adlı monoqrafiyasında qarşısına qoyduğu məqsəd və vəzifələri tam yerinə yetirmiş, Azərbaycan məktəb və pedaqoji fikir tarixində repressiya qurbanlarının özünəməxsus əhəmiyyətli yer tutduğunu müvəffəqiyyətlə sübut etmişdir.
ƏBÜLFƏZ AMAN oğlu QULİYEV,
Filologiya elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Baxış sayı: 1 531
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib