Bütün xəbərlər
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
Tarix: 22-11-2026 22:49 | Bölmə: Karusel


 Yəmənin şimalını idarə edən Ənsar Allah (Husilər) hərəkatı Səudiyyə Ərəbistanının qərbində yerləşən neft emalı zavoduna hücum etdi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriyə "Əl-Masirah" televiziya kanalında məlumat verib.
Onun sözlərinə görə, husilər krallıqda iki hədəfə alınmış hərbi əməliyyat həyata keçiriblər.
"Birinci əməliyyat Rabiğa neft emalı zavodunu hədəfə alıb və zərbə dəqiq olub".
Hərəkatın sözçüsü davam etdirdiyi ikinci əməliyyat iki mərhələdə həyata keçirilib.Onun hədəfi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan 650 kilometr cənubda yerləşən radar stansiyası olub.
18 noyabrda Ər-Riyaddakı maliyyə mərkəzinə və hava limanına husilərin raket zərbələri endirildiyi bildirilib.



Baxış sayı: 15


Bölməyə aid digər xəbərlər
15-11-2026, 18:50 Zəlzələ baş verib