Bütün xəbərlər
Otellər və suvenir mağazaları yanıb
Tarix: 22-11-2026 19:21 | Bölmə: Sosial


 Zənzibar arxipelaqının bir hissəsi olan Unquja adasının Nungwi bölgəsində baş verən böyük yanğın nəticəsində altıdan çox turist oteli yanıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Tanzania Times" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, yanğın adanın şimalındakı sahil ərazisində baş verib. Yanğın həmçinin suvenir mağazalarına da yayılıb.
Zənzibarın şimalındakı Unquja bölgəsindəki Nungwi sahili boyunca baş verən şiddətli yanğın nəticəsində altıdan çox turist oteli yanıb.
Dəyən maddi ziyanın miqyası hələ açıqlanmayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Yanğının səbəbi hazırda məlum deyil.
Bundan əvvəl, Banqladeşin cənubundakı bir oteldə yanğın baş vermiş və nəticədə ən azı on nəfər həlak olmuşdu.




Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər