Bütün xəbərlər
Balkonlarında tonqal yandırmağa başlayıblar
Tarix: 22-11-2026 22:30 | Bölmə: Digər


 Odessa sakinləri yemək bişirmək üçün balkonlarında tonqal yandırmağa məcburdurlar. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat verir.
Əvvəllər şəhərdə böyük bir elektrik kəsintisinin baş verdiyi bildirilirdi. Sakinlər artıq iki gündür ki, elektrik enerjisisizdirlər.Bəziləri generatorlardan istifadə edir.
Ölkənin Energetika Nazirliyi öz növbəsində bölgədəki elektrik vəziyyətinin kritik olaraq qaldığını bildirib.
Bundan əlavə, şəhərdə isitmə stansiyalarının fəaliyyətə başladığı bildirilib. Elektrik kəsintisinə görə bəzi ərazilərdə su yoxdur.



Baxış sayı: 15


Bölməyə aid digər xəbərlər