Bütün xəbərlər
İcra başçısının şəhid atası ilə bu cür görüşü ona oğlunu xatırladıb-VİDEO
Tarix: 15-11-2026 01:08 | Bölmə: Gündəm

Zəfər Günü keçirilən tədbirdən sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov  Şəhidlər Xiyabanında olub,şəhidlərin məzarını ziyarət edib,şəhid ailələri ilə görüşüb.İcra başçısı nəzir-niyazla on iki ildən sonra dünyaya oğlan övladı gələn və şəhid olan Abdulla Əhmədovun atası Hacı Əhmədlə qeyri adi tərzdə-yumruqla görüşüb.Həmin vaxt şəhid atası Zakir Fərəcova həsr etdiyi şeiri deyib.Və onu Zəfər Günü münasibətilə təbrik edib.Bu görüş hamının marağına səbəb olub.Şəhid atası Hacı Əhməd özü kövrək notlara toxunan bu görüş barədə sosial şəbəkədə yazıb:

"Zəfər günü hər zaman olduğu kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhidlərimizi ehtiramla ziyarət edti.Görüş zamanı yeyanə şəhid oğlum Abdullanın vaxtilə mənimlə görüşdüyü kimi görüşdü.O bunu görünür hardansa eşidib.Bizə çox xoş oldu onun mənimlə xüsusi görüşməyi.Məni bir anlıq keçmişə apardı.Cənab Zakir müəllimə bizə göstərdiyi diqqət və qayğıya görə təşəkkürümüzü bildiririk.Zakir müəllim Allah sizi qorusun.Var olun hər zaman!"

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az 


https://www.youtube.com/shorts/fizSpewPjL8
https://www.youtube.com/shorts/MiEBLxHK0M0



Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər