Bütün xəbərlər
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
Tarix: 19-11-2026 17:35 | Bölmə: Dünya


ABŞ prezidenti Donald Tramp Şençjen hava limanına gəldi, pilləkənlərlə qalxdı və təyyarəsinə mindi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika lideri Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin ilə üçtərəfli görüşündən sonra mətbuata danışmadı.
Üçtərəfli danışıqlar təxminən bir saat yarım davam etdi.Liderlər nüvə silahsızlanması, qlobal təhlükəsizlik və iqtisadi sabitlik məsələlərini müzakirə etdilər.Həmçinin bildirildi ki, mövzular siyahısına Ukraynadakı münaqişənin həlli də daxil edilməli idi.
Çin prezidenti Si Cinpin danışıqlardan sonra şəxsən Putini onun maşınına qədər müşayiət edib.Rusiya lideri görüşü təşkil etdiyinə görə çinli həmkarına təşəkkür edib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər
5-11-2026, 17:43 Bir qız tabutda oyandı