Bütün xəbərlər
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
Tarix: 19-11-2026 18:03 | Bölmə: Karusel


Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə və ya atəşkəs razılaşmalarına hazır deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya liderinin qeyd etdiyinə görə, Ankoricdəki görüşdə Moskva ABŞ tərəfindən təklif olunan Ukrayna münaqişəsinin həlli ilə bağlı kompromislərə razılıq verib.Putin vurğulayıb ki, Kiyev də eyni şeyi etməyə hazır deyil.
"(Kompromislər) mövcuddur və biz onları dəstəkləyirik.Sual budur ki, münaqişənin digər tərəfləri olan Ukrayna və bu halda onların Avropa sponsorları bu kompromislərə razılıq verməyə hazırdırlarmı?Yəni, onlar hərbi əməliyyatlara, müharibəyə sülh yolu ilə son qoymaq üçün razılığa gəlmək istəyirlərmi, yoxsa yox? Gördüklərimizə görə, hazırda yox".
PREZİDENT DEDİ.
Lakin o əlavə etdi ki, "hər şey axır" və "hər şey dəyişir".
Putin Ağ Ev prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin ilə üçtərəfli danışıqlardan sonra jurnalistlərlə görüşür.




Baxış sayı: 15


Bölməyə aid digər xəbərlər
15-11-2026, 18:50 Zəlzələ baş verib