Bütün xəbərlər
Çində danışıqlardan sonra Putin və Trampın söhbətinin görüntülərini yayımladı
Tarix: 22-11-2026 19:39 | Bölmə: Karusel

 Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Çinin Şençjen şəhərində keçirilən APEC sammitində Çin prezidenti Si Cinpin ilə üçtərəfli görüşdən sonra danışıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  "Vesti" Xəbər Agentliyinin məlumatına görə, Pavel Zarubin eksklüziv görüntüləri paylaşıb.
Dərc olunmuş videoda Putin və Trampın üçtərəfli danışıqların keçirildiyi Qilin Şanzhuang Dövlət İqamətgahının salonundakı dəyirmi masanın yanında dayandığı görünür. Rusiya və Amerika liderləri tərcüməçilər vasitəsilə ünsiyyət qurub və söhbət zamanı geniş jestlər ediblər.
Üçtərəfli görüş 19 noyabrda baş tutub.Putin, Tramp və Si nüvə tərksilahı, regional münaqişələrin həlli, beynəlxalq terrorizmə qarşı mübarizə, enerji və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə ediblər.
Danışıqlardan sonra üç lider Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh Bəyannaməsini qəbul ediblər.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
15-11-2026, 18:50 Zəlzələ baş verib