Bütün xəbərlər
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
Tarix: 22-11-2026 22:40 | Bölmə: Karusel

 "Le Parisien"in məlumatına görə, Fransa polisi rusiyalı MMA döyüşçüsü Əmir Əliyevi təcavüz şübhəsi ilə həbs edib.
Polits, Əliyevi ARES 45 turnirində, braziliyalı Mateus Maltanı məğlub etdikdən qısa müddət sonra saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı MMA döyüşçüsü heç bir müqavimət göstərməyib.
Döyüşçü iddia edilən təcavüzün baş verdiyi Paris ətrafındakı Montreuil polis bölməsinə aparılıb.Əliyev 27 yaşındadır.Rusiyalı əvvəllər ACA Young Eagles və Hardcore MMA turnirlərində çıxış edib.Onun MMA-da 13 qələbəsi və iki məğlubiyyəti var.
Daha əvvəl Qarışıq Döyüş Sənətləri İttifaqının (MMA) prezidenti Sergey Fateev dünya çempionatının Rusiyada keçirilməsini istisna etməmişdi.



Baxış sayı: 15


Bölməyə aid digər xəbərlər
15-11-2026, 18:50 Zəlzələ baş verib