Bütün xəbərlər
İranda Hicab əleyhinə inqilab baş verir
Tarix: 22-11-2026 22:16 | Bölmə: Dünya


 "Bloomberg" xəbər verir ki, İranda qadınlar davamlı məhdudiyyətlərə baxmayaraq, gündəlik həyatda hicablarından getdikcə daha çox imtina edirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 2022-ci ildə hicabın çıxarılması etiraz aksiyası idisə, 2026-cı ildə bu, gündəlik həyatın bir hissəsinə çevrilib. Baş örtüyü olmayan qadınları indi kafelərdə, mağazalarda, ofislərdə və sadəcə gəzintilərdə görmək mümkündür.
AGENTLİK YAZIR.
1979-cu il İslam İnqilabından sonra hakimiyyət gündəlik həyata dini normalar tətbiq etməyə başladı, xüsusən də qadınların ictimai yerlərdə hicab taxmasını məcburi etdi. Bloomberg qeyd edir ki, İranın İsrail və ABŞ ilə münaqişələri iqtisadi böhranı daha da şiddətləndirib və hökumət rəsmilərinin hicabsız qadınlara münasibətinə təsir edib.
Tehranın dəbli rayonlarında atmosfer getdikcə dünyəvi Türkiyə şəhərlərini xatırladır: açıq hava kafe terrasları, gecə həyatı və tam geyim azadlığı.
MƏQALƏDƏ DEYİLDİYİ KİMİ.
Daha əvvəl Əfqanıstanın Herat şəhərində bir qrup qadının hicab qaydalarını pozduğuna görə saxlanıldığı bildirilmişdi.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
5-11-2026, 17:43 Bir qız tabutda oyandı