Bütün xəbərlər
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
Tarix: 19-11-2026 17:42 | Bölmə: Manşet

 Rusiya Prezidenti Vladimir Putin Çində keçirilən mətbuat konfransında Rusiya, ABŞ və Çin arasında bu cür üçtərəfli görüşlərin davam etməsini arzuladığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya lideri ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpinlə apardığı danışıqlardan sonra jurnalistlərlə təəssüratlarını bölüşüb.
"Bundan sonra nə olacağını Allah bilir. Lakin mən bunun davam etməsini çox istərdim — heç olmasa ona görə ki, bir sıra əsas sahələrdə mövqelərimizi dəqiqləşdirərək, rəsmi saziş olmasa da, qarşılıqlı anlaşmaya nail olduq."
 
PUTİN.
Şençjendə keçirilən üçtərəfli görüş təxminən bir saat yarım davam edib. Danışıqların yekununda bəyannamə qəbul olunub. Sənəddə, məsələn, ölkələrin qlobal bazarlara neft məhsulları tədarükünü artırmaq niyyətində olduqları qeyd edilir.



Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər