Bütün xəbərlər
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
Tarix: 19-11-2026 17:45 | Bölmə: Manşet


ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin Ağ Ev rəhbəri və Çin Prezidenti Si Cinpin ilə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Dövlət başçısı Trampın münaqişəni həll etmək istəyinə şübhə etmədiyini vurğulayıb.
"Ən əsası odur ki, Prezident Trampın Ukrayna münaqişəsi də daxil olmaqla, münaqişələrin həllinə səmimi qəlbdən sadiq olduğuna şübhəm yoxdur".
PUTİN BİLDİRİB.
Rusiya liderinin sözlərinə görə, Tramp həmçinin bir sıra sahələrdə ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına səmimi qəlbdən sadiqdir.Putin Amerika hökumətinin bu münasibətinin davam edəcəyinə ümid etdiyini bildirib.




Baxış sayı: 20


Bölməyə aid digər xəbərlər