19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
HÜSEYN CAVİDİN İSTEDADLI OĞLU ƏRTOĞROL CAVİD AŞIQ ƏLƏSGƏR İRSİ İLƏ BAĞLI NƏ YAZIRDI?
Tarix: 20-03-2021 14:51 | Bölmə: Ədəbiyyat

Ümumiyyətlə, aşıq sənəti ədəbi irsimizin xüsusi bir sahəsini, qiymətli və aktual bir istiqamətini təşkil edir. Əgər mənbələrin fikrini nəzərə alsaq, böyük inkişaf yolu keçmiş aşıq sənəti çox qədim bir tarixə malikdir. Ozan sənətindən aşıq sənətinə transformasiya edən bu sənət milli qrupu biri-birindən fərqləndirən fərqləndirici xüsusiyyət kimi müəyyənləşib. Məlum olduğu kimi, “Kitabi-Dədə Qorqud” dastanında da oğuz igidləri biri-birini bu etnik qrupa mənsub olmalarına görə fərqləndirici bir xüsusiyyət kimi qopuza etibar etmişlər. Qopuz oğuz elinə mənsubluq atributu kimi çıxış etmişdir.
Zəngin ədəbi ənənələrə malik Azərbaycan ədəbiyyatı materiallarının, o cümlədən şifahi xalq sənəti, aşıq yaradıcılığı irsinin toplanması sahəsində misilsiz xidmətlər göstərmiş görkəmli şəxsiyyətlər, zəhməti keçən adamlar arasında Salman Mümtazın, Hümmət Əlizadənin, Vəli Xuluflunun və digərlərinin xidmətləri misilsizdir. Bu kimi görkəmli tədqiqatçı və toplayıcılar sırasında böyük vətənsevər şair Hüseyn Cavidin əziz-xələf övladı, gənc bəstəkar, alim, rəssam Ərtoğrol Cavidin də mühüm yeri, xidmətləri var idi. Ərtoğrol Cavidin vaxtilə böyük zəhmətkeşliklə topladığı materiallar bu gün ədəbi sərvətimizin qorunub-saxlanması işinə mühüm töhfələr verməkdə, ciddi mənbə kimi əhəmiyyətli fayda gətirməkdədir. Onun ədəbi irsində müxtəlif illərdə topladığı xalq dastanları, aşıq yaradıcılığı nümunələri və sair diqqəti cəlb edir.
Cavidşünas alim Gülbəniz Babaxanlının zəhmətkeşliyi ilə toplanılan və onun tərtibçiliyi ilə hazırlanan Ərtoğrol Cavid irsinin on iki cildlik külliyyatının iki cildini məhz Azərbaycan aşıq yaradıcılığının toplanması işində Ərtoğrolun topladığı nümunələr və tədqiqat, təhlil materialları yer alır. Gənc tədqiqatçının toplayıcılıq fəaliyyəti dövrün mötəbər və zəhmətkeş alimlərindən, Azərbaycan şifahi xalq ədəbiyyatı bilicisi və folklorşünaslıq elminin sütunlarından biri olan Hümmət Əlizadə ilə birgə olmuşdur. Bəzi materialların əvvəlində “Toplayanı Hümmət Əlizadə. Yazıya alanı Ərtoğrol Cavid” qeydləri də bunu tam qətiyyətlə təsdiq edir.
Külliyyatının aşıq sənətinə həsr olunmuş ikinci kitabına (10-cu cildinə - R.Qasımov) Ərtoğrol Cavidin toplayıcılıq etdiyi və yazıya alınmasında xidmət göstərdiyi (Burada görkəmli folklorşünas Hümmət Əlizadənin və materialların yazıya köçürülməsində yaxından iştirak edən Hüseyn İskəndərovun da adları qeyd olunub – R.Q.) digər çoxsaylı aşıq sənəti ustadları yer almaqdadır. Ərtoğrol Cavid Molla Cumanın, Aşıq Miskinli Vəlinin ardınca bu sənətin nəhəng nümayəndələri və onun inkişafında misilsiz xidmətlər göstərmiş korifeylər olan Aşıq Musa, aşıq sənətinin qocaman dədəsi Aşıq Ələsgər, Aşıq Abbas Tufarqanlı, Hüseyn Bozalqanlı, Aşıq Əmrah, Aşıq Alı, habelə Aşıq Ələsgərin qardaşı Aşıq Məhəmməd, Ağdabanlı Qurban, Növrəs İman, Zodlu Abdulla, o cümlədən bəzi el şairləri, aşıq sənətinə yaxın yazan Molla Pənah Vaqif və Qasım bəy Zakirin bəzi yaradıcılıq nümunələri, haqlarında məlumatlar toplayıb təqdim etmişdir.
Ərtoğrol Cavid toplanılan folklor materiallarına, aşıq sənəti nümunələrinə konkret münasibət və təhlildə daha maraqlı və diqqətçəkici olur. O, əsl folklorşünas, ədəbiyyatşünas alim kimi davranır, fikir və tezislər irəli sürür, konkret yanaşma və təhlil istiqaməti müəyyənləşdirir. Ə.Cavid aşıq sənəti nümunələrindən bəhs edərkən bu kimi məsələlərə əhəmiyyətlə yanaşır və tələb ifadə edidi ki, toplayıcı və tədqiqatçı tərəfindən “hər şeirin nə münasibətlə söylənildiyi dəxi qeyd edilməli və bioqrafiyasına aid olanlar və onun yazdığı parçalar” göstərilməlidir və sair. Ə.Cavid özü də təhlili və tədqiqatları zamanı bu tələblərə riayət edir və maraqlı məlumatlar ortaya qoyurdu. Gənc tədqiqatçı və toplayıcının irsində Dədə Ələsgərin sənətinə münasibət də başlıca yerdə gəlir. Bu gənc tədqiqatçı Dədə Ələsgərin yaradıcılıq nümunələrinə münasibətdə əsl, peşəkar toplayıcı və tədqiqatçı kimi davranaraq hər hansı şeirin yaranma səbəbi, deyilmə münasibətini aşkarlayaraq təqdim edir. Toplayıcı kimi Ə.Cavid həm də aşıq nümunəsinin hansı hava üstündə deyildiyi və ya oxunduğunu da qeyd edir, onunla bağlı izahlar verirdi. Ə.Cavid Aşıq Ələsgərin məşhur “Qaytarma” havası üstündə oxunan “Baxtım” rədifli şeiri ilə bağlı yazırdı: “Aşıq Ələsgərin mal-qarası azardan qırılır. Ona görə də cüt əkmək üçün Kəlbəcər rayonuna gedib dostu Həsəndən bir öküz gətirir. Öküz yolda Ələsgərin qabağından qaçır, atı yorğun olduğundan atdan düşüb öküzün dalına düşür ki, onu tutsun. Nəhayət, özü də yorulur, geri qayıtmağa məcbur olur. Qayıdan baş atını da itirir. Dərdindən
bir ağac dibində oturub istəyir ki, bir qalyan çəksin, lakin əlini cibinə saldıqda baxıb görür, qalyan-kisə də cibindən yox olub, odur ki, sazı çıxarıb baxtının yatmağına belə deyir:
Ya sevda tapıbsan, ya at alıbsan,
Hardasan, qəflətdə, gəl, qoca baxtım.
Ya məndən küsübsən, ya qocalıbsan,
Bu sınıx gönlümü al, qoca baxtım və s.”.
Söz yox, bu izah gənc tədqiqatçının “Hər şeirin nə münasibətlə söylənildiyini dəxi qeyd etməli” tezisinə uyğun müəllif tərəfindən verilmişdir ki, doğrudan da, belə məlumatlar çox əhəmiyyət qazanır və bəlkə də, belə demək olar ki, hər hansı aşıq, sənətkar haqqında bir “dastan” yaradılmış olur. Söz yox, belə məlumatlar da öz yaradıcılığı əsasında Aşıq Ələsgərin və başqalarının həyatının öyrənilməsinə geniş stimul verir. Belə nümunələr çoxdur bu materiallar arasında. Məsələn, “El havası” üzərində oxunan “Kəsildi” rədifli şeiri haqqında “Ələsgərin oğlu Bəşirin əlində tüfəng açılıb güllə Ələsgərin əmisi oğlu Rəhimi öldürür. Ələsgər bu faciəli hadisəyə belə deyir”, “Aparır” rədifli “Müxəmməs” haqqında “Kəlbəcər rayonunun Qılınclı kəndində Aşıq Ələsgəri bir neçə devlətli aldadıb oxudurlar. Ona boyun olduqları danaları verməkdən vaz keçdikləri üçün Ələsgər bu həcvi deyir”, “Ovşarı” havasında oxunan deyişmə şəklində yazılan şeir haqqında “Aşıx Ələsgər çar vaxtı – aclıq illərində bir zəmi becərir, lakin içindən məhsul götürə bilmədiyi üçün tarlada olan bir quru kötüyə dərdi halını belə vəsf edir” və b. kimi məlumatlarla bəzi şeirlərə hansı münasibətlə deyilməsinə aydınlıq və izah gətirir.
Beləliklə, Azərbaycan və ümumən türk dünyası aşıq sənətinin dədəsi hesab olunan Aşıq Ələsgərin 200 illik yubileyinin ölkəmizdə böyük təntənə ilə qeyd edildiyi bir vaxtda böyük Azərbaycan şairi Hüseyn Cavidin nakam taleli övladı gənc və istedadlı tədqiqatçı, rəssam, bəstəkar Ərtoğrol Cavidin də bu sahədəki xidmətləri xatırlanmaqdadır. Bu gənc oğlan böyük tədqiqatçılarla birgə Azərbaycan aşıq sənətinin ustadları haqda xeyli materiallar toplayaraq Azərbaycan ədəbiyyatına böyük töhfələr vermişdir. Onun Dədə Ələsgər irsi haqda olan məlumat və materialları da bu sahədə mühüm mənbə və fayda təşkil etməkdədir. Dədə Ələsgər haqda yaranmış dastan və rəvayətlər bunu bir daha diqtə edir ki, gənc tədqiqatçı Ərtoğrol Cavid Aşıq Ələsgər şeirlərinin yaranma səbəbilə bağlı tədqiqatlarında nə qədər haqlı imiş!..
Bunu da əlavə edək ki, ölkəmizdə 2021-ci ilin böyük korifey sənətkar, ədəbiyyat, şeiriyyət bayraqdarı “Nizami Gəncəvi ili” elan olunduğu bir zamanda həm də xalqımızın digər görkəmli şəxsiyyətləri, böyük söz adamlarının da yubileylərini fəxarətlə qeyd edirik. Böyük Zəfər ilindən sonra yaşadığımız quruculuq və dirçəliş ili olan 2021-ci ildə saz-söz sənətinin böyük dədəsi Aşıq Ələsgərin 200 illik yubileyini təntənə ilə qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bununla bağlı sərəncam imzalamışdır. Böyük ustad Aşıq Ələsgərin 200 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında da əlamətdar keçirilməsi ilə əlaqədar olaraq Ali Məclisin Sədri cənab Vasif Talıbov Tədbirlər Planı təsdiq etmişdir.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 879
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR