01:28 / 12-03-2026
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
22:19 / 11-03-2026
Zelenski Qərb ölkələrindən "PAC-3" raketlərinin alındığını təsdiqlədi
22:14 / 11-03-2026
Məktəblərdə şagirdlərin şəxsi axtarışları tətbiq oluna bilər
22:09 / 11-03-2026
Tramp İranın Hörmüz boğazını minaladığını inkar edib
22:06 / 11-03-2026
Tramp İranda məktəbə edilən hücumda ABŞ-ın iştirakı barədə heç nə bilmədiyini bildirib
22:00 / 11-03-2026
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb
21:56 / 11-03-2026
Makron iddia edir ki, G7 liderləri Rusiyaya qarşı sanksiyaları ləğv etməkdən imtina edirlər
21:53 / 11-03-2026
İİKK: İran Yaxın Şərqdəki bütün ABŞ hərbi bazalarını məhv edib
21:47 / 11-03-2026
İtini qadının üstünə buraxdı; iş açılıb
21:41 / 11-03-2026
Lavrov İrandakı vəziyyəti Oman Xarici İşlər Naziri ilə müzakirə etdi
21:38 / 11-03-2026
Xarici agent Maksim Katz qiyabi olaraq doqquz il müddətinə azadlıqdan məhrum edilib
20:25 / 11-03-2026
Ukrayna Paralimpiya Komitəsi Beynəlxalq Paralimpiya Komitəsini ayrı-seçkilikdə günahlandırdı
20:19 / 11-03-2026
Uğursuz plastik cərrahiyyə əməliyyatı ilə bağlı cinayət işi açılıb
20:14 / 11-03-2026
Quberniyev bildirib ki, Rusiya Dünya Kubokunda İranın yerini tutmalıdır
20:10 / 11-03-2026
Tatarıstanda neft oğurluğuna görə dörd ukraynalı qiyabi mühakimə olunacaq
20:07 / 11-03-2026
Peskov xatırlatdı ki, Rusiya Türkiyəni Kiyevin Qara dənizdəki boru kəmərlərini sabotaj etmək planları ilə bağlı xəbərdar etdi
20:02 / 11-03-2026
Hayfada 15 yeraltı dayanacaq bomba sığınacağına çevrilib
20:00 / 11-03-2026
Məhkəmə ömürlük pulsuz pizza almaq hüququnu rədd etdi
19:54 / 11-03-2026
Valideynlik hüququndan məhrum edilmiş ata qızını qaçırdı
19:51 / 11-03-2026
Hayfa sakinlərinə gecəni bomba sığınacaqlarında keçirmələri tövsiyə olunur
19:46 / 11-03-2026
Çexiyalı xizəkçinin Paralimpiya Oyunlarında rusiyalı jurnalistlərlə ünsiyyət qurması qadağan edilib
21:37 / 10-03-2026
İran Hayfadakı neft emalı zavoduna zərbələr endirib
21:33 / 10-03-2026
İran İsraili Beyruta atəş açarkən dörd diplomatın ölümündə günahlandırıb
21:18 / 10-03-2026
Qadın sərnişinə hücum etməkdə ittiham olunan taksi sürücüsü həbs edilib
21:15 / 10-03-2026
İran İsrail və ABŞ infrastrukturuna cavab zərbələri endirəcəyi barədə xəbərdarlıq edib
21:11 / 10-03-2026
Xəstəxana xəstəsi lift şaxtasına yıxılaraq ölüb
21:07 / 10-03-2026
Merz Rusiya əleyhinə sanksiyaların yumşaldılmasına qarşıdır
21:01 / 10-03-2026
Moskalkovanın yerinə ombudsman vəzifəsinə əsas namizədin adı açıqlanıb.
20:57 / 10-03-2026
Yelləncəkdə yellenən məktəbli ölüb
20:52 / 10-03-2026
Zelenski Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyin vacibliyini bildirdi
20:49 / 10-03-2026
Putin İran Prezidenti Pezeşkyanla telefonda danışdı
20:45 / 10-03-2026
Laricani Trampı ölümlə hədələdi
20:42 / 10-03-2026
Vitkoff İsrailə səfər etməyi planlaşdırdığını açıqladı
20:39 / 10-03-2026
Merz ABŞ və İsrailin İran üçün planının olmamasından narahatdır
18:09 / 10-03-2026
Hərbçilərin saxta xəstəxanaya yerləşdirilməsini təşkil edib
18:06 / 10-03-2026
Çayda qızın cəsədi tapılıb
18:04 / 10-03-2026
Ekspert Makarenko deyir ki, İran zamanın və müharibənin sınağından keçib
18:01 / 10-03-2026
12 yaşlı qıza it hücumu ilə bağlı cinayət işi açılıb
SEYYİDA, ÖLMƏRƏM, ALƏMDƏ SƏSİM VAR MƏNİM…-Kamal CAMALOV
Tarix: 02-01-2021 00:03 | Bölmə: Ədəbiyyat

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə oxunması zəruri olan kitabların siyahısında Seyid Əzim Şirvaninin “Seçilmiş əsərləri” də yer almışdır.Şairin hekayələrinə nəzər salan zaman görürük ki,kekayələrin əksəriyyəti kiçik həcmlidir; hamısı vahid bir mövzuya əxlaqi-etik məsələlərə həsr edilmişdir: hamısı bir qayda olaraq, canlı material üzərində, uşaq əhval-ruhiyyəsinə yaxın faktlar və hadisələr əsasında qurulmuşdur. Müəllif mənəvi bir ata, müdrik bir müəllim kimi gənclərə və uşaqlara namusla yaşamağın, cəmiyyət üçün faydalı olmağın, vətənə, xalqa sədaqətlə xidmət etməyin yollarını göstərir.
Seyid Əzim Şirvani nəzmlə yanaşı, bədii nəsrlə də məşğul olmuş, bu janr sahəsində də bir sıra maraqlı əsərlər yazmışdır.
Seyid Əzim Şirvaninin hekayələri içərisində ictimai mövzulara həsr edilmiş, yalançı ruhanilərin kələkbazlığını, xanların, bəylərin zülmünü, tacirlərin tamahkarlığını ifşa edən, cəhalət və nadanlığı nifrətlə damğalayan, xalqa dostu ilə düşmənini tanıdan əsərlərə fəal və tənqidi münasibət yaradır, onların gözünü açır, hərəkətə, fəaliyyətə, mübarizəyə səsləyir. Şairin nəsri üçün xarakterik olan əsərlər didaktik-əxlaqi hekayələrdir.Bu hekayələr bizə xalq məsəllərini, hikmətamiz lətifələri və Molla Nəsrəddin lətifələrini xatırladır.
Nəsr əsərlərində şairin canlı həyata, real hadisələrə, xalq məişətinə, əmək adamlarına daha yaxından yanaşdığı, realizmə daha ciddi meyl göstərdiyi nəzərə çarpır.
Seyid Əzim Şirvaninin hekayələrini oxuyan zaman görürük ki, Seyid Əzim həm də xalq pedaqogikası ənənələri ilə yazılı ədəbiyyat ünsürlərini məharətlə birləşdirməyi bacarmışdır.Xalq pedaqogikası ilə yaxın bağlılıq şairin üslub və dilində də özünü göstərir. O, öz nəsr dilini sadələşdirmək, aydınlaşdırmaq, danışıq dilinə yaxınlaşdırmaq məqsədilə hekayələrində sual-cavablardan, nidalardan, xüsusilə xitablardan geniş istifadə etmişdir. Seyid Əzimin elə hekayələri vardır ki, bütünlükdə sual-cavab üzərində qurulmuşdur.Bunlar şair və ya yazıçının dilini konkretləşdirməklə yanaşı, ona bir şirinlik, canlılıq, ahəngdarlıq vermişdir.
Seyid Əzim hekayələrində daha çox xalq ifadələrinə, el sözlərinə, danışıq dili ünsürlərinə müraciət edir, onların zənginliyini, aydınlığını, ahəngdarlığını saxlamaq şərtilə məzmununu yaradıcı şəkildə genişləndirir, yeni mənada işlədir.
Hekayələrin bir çoxunun mövzusu xalq nağıllarından, lətifələrdən, yaxud da Şərq klassiklərinin (Əbülqasım Firdovsi, Nizami Gəncəvi, Sədi Şirazi, Əbdürrəhman Cami və b.) və rus yazıçılarının (Krılov və Dmitriyev) nəsihətamiz və ibrətamiz əsərlərindən alınmış, tərbiyəvi-əxlaqi məzmunla qiymətləndirilmişdir. Bunların əksəriyyəti çox sadə bir süjet əsasında qurulmuşdur.Hadisə əvvəldən axıra kimi bir və yaxud iki şəxs arasında cərəyan edir.Bunların bəzilərində heç süjet də olmur.Müəllif bir hadisədən və ya bir şəxsdən danışır, demək istədiyi həkimanə və nəsihətamiz fikri sadəcə olaraq onun dili ilə verir.
Bu hekayələrin bir çoxu satirik, yumoristik xarakter daşıyır.
Qeyd etdiyimiz kimi,şairin hekayələri çox sadə, aydın bir dildə yazılmışdır.Burada biz çətin anlaşılan ərəb-fars sözünə, uzun, mürəkkəb və dolaşıq cümləyə rast gəlmirik.Seyid Əzim öz fikrini oxuculara müxtəsər, lakonik bir şəkildə çatdırmağa çalışır.Şair nədən danışırsa danışsın, hansı bir məsələyə toxunursa-toxunsun incə bir cizgi, ötərgi bir işarə ilə öz bədii niyyətini aça bilir, oxucunun fikrini təsvir obyekti ətrafında toplayıb dərindən düşündürməyə, oxuduğundan nəticə çıxarmağa vadar edə bilir.
Buna misal olaraq şairin “Sual və cavab” hekayəsinə nəzər salaq.Bu hekayədə Seyid Əzim, insanların yüksək və nəcib bəşəri borcundan – xalqa və vətənə sədaqətindən danışır. Bir gün “bir cavan bir qoca kişiyə rast gəlib sual eylədi ki, neçə yaşındasan?.. Qoca cavab verdi ki, dörd yaşında. Cavan gülüb dedi: – Ey baba, nə deyirsən, dörd yaşında kişi də belə ağsaqqal olurmu? Qoca dedi: – Bəli, mənim əzizim, dörd ildir ki, özümü və həqiqi olan xalqımı tanıdım. Qalan əyyam ki, cəhalətdə keçibdir, ömür hesab olunmaz”.
Müəllif cəhalət və nadanlıqla keçən ömrü həyat hesab etmir. İnsan özünü ancaq o zaman insan saya bilər ki, dünyaya nə üçün gəldiyini, nə üçün yaşadığını, kim olduğunu başa düşsün, öz vicdanı qarşısında həmişə məsuliyyət hiss etsin, cəmiyyətə, xalqa, vətənə namusla xidmət etməyi özünə ən müqəddəs bir vəzifə saysın. Ancaq xalqa xidmətlə keçən həyatı şərəfli həyat adlandırmaq olar.Seyid Əzimin bu qısa sual-cavabla oxucuya yetirmək istədiyi əsas fikir bundan ibarətdir.
Seyid Əzim Şirvani yaradıcılığında daha çox həyatın mənasını ancaq yeyib-içməkdə, var-dövlət toplamaqda, eyşü-işrətdə və əylənməkdə görən yalançı molla və axundlardan, bəy və xanlardan, mülkədar və tacirlərdən söz açır, onların yaramaz əməllərinə qəzəb və nifrətini göstərir.
“Xan əylənir” adlı hekayədə Seyid Əzim Şirvani oxucusunu insanlıqdan xəbəri olmayan qəddar və rəhmsiz Mustafa xan adlı biri ilə tanış edir. Əməkçi kəndlilərin hesabına firavan həyat sürən, günlərini kef məclislərində eyşü-işrətlə keçirən bu yaramaz xanın yeganə əyləncəsi yeyib-içəndən sonra avam və sadəlövh kəndliləri yanına çağırıb ələ salmaqdan, lağa qoymaqdan, onların avamlığına, sadəliyinə qəhqəhə çəkib gülməkdən, onları təhqir edib alçaltmaqdan ibarətdir.
Bir gün Mustafa xan və onun ətrafındakılar yenə də vaxtlarını xoş keçirmək, əylənmək məqsədilə avam bir kəndlini yanlarına çağırıb ələ salmağa başlayırlar.Xan, kəndliyə sual verir ki, Allah neçədir?Peyğəmbər neçədir sualı əvəzinə Allah neçədir sualına sadəlövh kəndli cavab verməkdə çox çətinlik çəkir. Bu zaman xanın arxasında duran nazir, xandan gizli əlini yuxarıya qaldırıb kəndliyə beş barmağını göstərir. Kəndli elə bilir ki, beş demək lazımdır və heç tərəddüd etmədən xana: – Allah beşdir – deyir. Xan qəhqəhə çəkib güləndən sonra kəndlinin üstünə çığırır: – Ay heyvan, nə danışırsan, necə yəni Allah beşdir? Qorxudan boğazı qurumuş bədbəxt kəndli, xanın qəzəbindən dəhşətə gə¬lib dili-dodağı əsə-əsə səhv etdiyini və günahkar olduğunu boynuna alır, təqsiri isə xanın nazirinin boynuna yıxıb yalvara-yalvara deyir: “ – Xan, Allah sənin nazirinə bəla versin, mən on deyəcəkdim, o, beş barmağını yuxarı tutdu, onun üçün mən beş dedim. Xan Allah ondur”.
Seyid Əzim xırdaca bir dialoqla gözümüz qarşısında təkcə bir xanın, bir nazirin deyil, ümumiyyətlə, bütün zalım xanların, nazirlərin, mülkədar və bəylərin tipik surətini canlandırmağa müvəffəq olmuşdur.
Seyid Əzim Mustafa xanın zülmkarlığı və despotizmi, rəhmsizliyi və qəddarlığı fonunda, eyni zamanda, özünün kəndlilərə olan rəğbətini gizləmir.Bunu biz şairin “Talıbxan” hekayəsində tam aydınlığı ilə görürük.
Bu hekayədə təsvir olunan kəndlilər yazıçının əvvəlki hekayələrindəki avam, aciz, müti adamlar deyil.Onlar gözüaçıq, diribaş, zirək və cəsarətli adamlardır.Bu, kəndlilərdə zəif də olsa, həyata və hadisələrə tənqidi münasibət vardır.Bunlar öz ağalarından üstün olduqlarını dərk edirlər.Buna görə də onu açıqdan-açığa “barmaqlarına dolayıb” oynadırlar.Bu cür gözüaçıq və zirək kəndli surətlərinin ən parlaq nümunəsinə biz Seyid Əzimin “Nəkir və Münkər” adlı hekayəsində rast gəlirik.
Hekayənin qəhrəmanı dünya işlərindən bixəbər, sadə bir çobandır.Buna bax-mayaraq o, gözüaçıq, diribaş, cəsarətli bir adamdır. Din məddahları və yalançıları onun beynini cəhənnəm əzabı, qəbir sitəmi, Nəkir-Münkər divanı haqqındakı cəfəngiyyatla doldurub ruhən və mənən şikəst edə bilməmişlər.
Bir gün həmin çobanın vətəni Şamaxı şəhərində qəflətən bir adam ölür. Qaranlıq düşdüyü üçün ölü sahibləri onu gecə basdırmayıb, səhərə saxlamağı qərara alırlar. Ancaq qabaqcadan hazırlanmış qəbirin gecə boş qalmasını dinə və şəriətə uyğun olmadığını, “muğayir” bir iş olduğunu hesab edən mollalar ölü yiyələrini məcbur edirlər ki, qəbiri boş qoymasınlar, bir gecəliyə bir adam tapıb orada yatırsınlar, həm ölünü, həm də özlərini günaha batırmasınlar.
Ölü sahibləri uzun axtarışdan sonra qəbiristan yaxınlığında qoyun otaran bir çobana rast gəlir və ona on manat verib gecəni boş qəbirdə yatmağa razı salırlar.
Çoban gecə qoyunlarını rahatlayıb qəbiristana gəlir, tapşırılan qəbiri tapıb heç bir şeydən ehtiyat etmədən qəbrə uzanır, dəyənəyini də yanına qoyur.
Çobanın heç bir zəhmət çəkmədən bir gecənin içində on manat pul qazanması şəhərin tamahkar və paxıl adamlarında həsəd hissi oyadır.Onlardan iki nəfəri bu qərara gəlir ki, gecə paltarlarını dəyişib Nəkir və Münkər sifətində qəbiristana getsinlər, çobanı qorxudub on manatı ondan qoparsınlar. Bu məqsədlə onlar gecə yarısı ağ kəfənə bürünür, əllərinə uzun bir ağac alır, ağacın başına neftlə isladılmış bir lopa keçirib qəbiristana gəlir, lopanı yandırıb çobanın yatdığı qəbiri tapır, biri qəbirin baş tərəfində, o biri isə ayaq tərəfində dayanıb uca səslə bağırırlar: “Biz Nəkir və Münkərik, hesabını ver”.
Çoban qəbirdən başını qaldırıb cəsarətlə cavab verir: “Mən ölməmişəm, mən bir nəfər çobanam, mənə on manat pul veriblər ki, mən bu gecəlik bu qəbirdə yatam; hələ ölən sabah gələcək, gedin, sabah gəlin”. Lotular əldə tutduqları lopaları silkələyib çobana vurur və yenə deyirlər: “Mən rəbbikə?” (Allahın kimdir – K.C.).Çoban çox yalvardı ki mən ölməmişəm, qulaq asmayıb çobanı lopa ilə vurdular”.
Yalvarışlarının lotulara təsir etmədiyini görən və onların kötəyinə davam gətirə bilməyən çoban yerindən sıçrayıb dəyənəyini qapır, həriflərin üstünə atılıb birinin başını dağıdır. O biri məsələnin belə ciddi şəkil aldığını görüb şəhərə tərəf qaçmağa başlayır, özünü şəhərə yetirib meyit olan evin yanındakı xaraba hamama soxulur. Çoban ondan əl çəkməyib dalınca düşür.Hamama çatanda fəryad eləyir ki, “ay camaat, bir çıraq gətirin!Çobanın sədasına xalq cəm oldular, gördülər həmin çobandır ki, on manat pul alıb qəbirdə yatmışdır. Dedilər ki, ay çoban, nə var?.. Dedi ki, Münkər ilə Nəkir səhv edib məni ölən bilib, qəbiristana gəlib məndən bir para sözlər xəbər aldılar. Nə qədər mən onlara dedim ki, mən ölməmişəm, diriyəm, hələ meyit sabah gələcək, qanmadılar. Əllərində olan kürzi-atəşin ilə məni vurdular.Mən qəbirdən qalxıb Münkərin kəlləsindən bir dəyənək vurmuşam, beyni dağılıb, ölübdür.Amma Nəkir zəbi-şəstimi görüb qaçdı.Onu qova-qova salmışam bu xarabaya.Allah xatirinə, bir çıraq gətirin, əgər onu da öldürsəm, dəxi qəbirdə ölənlərimiz rahat yatarlar, Münkər və Nəkirin şərindən səlamət olarlar”.
Camaat əvvəlcə çobana inanmır, elə bilirlər ki, onu qara basıb. Ertəsi gün qəbiristana gələndə, doğrudan da, bir nəfərin öldüyünü görür, onun və yoldaşının kim olduğunu tanıyır, gecə qəbiristana nə üçün gəldiklərinin mənasını başa düşürlər.
Mövzusu canlı həyatdan, real hadisələrdən alınmış bu maraqlı, ibrətamiz hekayədə Seyid Əzim cəsur və bacarıqlı çobanı Nəkir-Münkər adı gələndə yüz dəfə salavat çevirən gözü bağlı, avam cəhalətpərəstlərə qarşı qoymuşdur.Xalqın yoxsul və əməkçi təbəqələrini təmsil edən çoban, əsərdə dərin rəğbət hissilə qələmə alınmışdır.
Yaşadığı zəmanədə sənət adamlarının şərəf və ləyaqətini ucuz tutanlar da Seyid Əzim Şirvaninin tənqidindən yayına bilməmişlər, öldürücü satira atəşinə məruz qalmışlar.Təəssübkeş ruhanilərə, kütbeyin tacirlərə nifrətini yazıçı “Şair və dövlətli” hekayəsində ifadə etmişdir.
Beş-altı cümlədən ibarət olan bu hekayədə Seyid Əzim hazırcavab bir şairlə cahil bir tacirin söhbətini qələmə alır: “Bir hazırcavab olan şair bir təvangərin yanına gəldi. Elə yavuq oturdu ki, şair ilə təvangərin arasında bir vəcəb (qarış) yer qaldı. Təvangər bu səbəbdən bərhəm oldu, qaş-qabağını töküb, üzünü turşudub şairə dedi ki, sənin ilə eşşək arasında nə qədər məsafə var? Şair dedi ki, bir qarış.Təvangər şərmnak oldu (utandı – K.C.)”.
Əziz oxucu! Şairin hekayələrində bəzən “təvangər”, “gürzi-atəşin”, “məğzisər”, “şərmnak” və sairə kimi qəliz sözlərə rast gələcəksiniz. Ancaq belə sözləri şair, əvvəla, seyrək hallarda işlədir, sonra isə elə tərkib daxilində verir ki, oxucu onları çətinlik çəkmədən başa düşür.
Doğrudur, Seyid Əzim Şirvani nəsrində dövrün ictimai cəhətdən vacib və təxirəsalınmaz məsələləri qoyulmur, yeni və müasir problemlər irəli sürülmür.Ancaq şair öz yaradıcılıq fəaliyyəti ilə nəsr janrını yenidən canlandırmağa çalışmış, mövcud nəsr əsərlərini özünəməxsus bir yolla davam etdirərək onun gələcək inkişafı üçün müvafiq zəmin hazırlamışdır.
Sonda qeyd edək ki, dərin və geniş biliyə malik Seyid Əzim Şirvani Şərq aristotelçiliyinin tanınmış bir nümayəndəsidir.Seyid Əzim yaradıcılığı boyu əqlin və idrakın qüvvəsinə inanmış, cəhalətə qarşı tənqidi münasibətini rəngbərəng yaradıcılıq məharətilə tərənnüm etmiş, hikmətli, nəsihətamiz və məlahətli əsərləri ilə cahanda özünə ölməz, əbədi abidə ucaltmışdır. Necə ki, özü də gözəl demişdir:
Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.
Kamal CAMALOV,
Naxçıvan Müəllimlər İnstitutu.
Pedaqogika elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Baxış sayı: 1 171
Bölməyə aid digər xəbərlər

3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır