13:12 / 19-11-2025
Ronaldo Ağ Evdə - Video
Bütün xəbərlər
Fiko: "Slovakiya Rusiya qazının alışına qoyulan qadağaya görə AB-ni məhkəməyə verə bilər
Tarix: 19-11-2025 19:06 | Bölmə: Manşet

Slovakiya 2028-ci ildən etibarən Rusiya qazının alışına qoyulan qadağaya görə Avropa Birliyinə qarşı iddia qaldırmağı düşünür.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko hökumət iclasından sonra bildirib.
Onun sözlərinə görə, Slovakiya Nazirlər Kabineti planları gələn həftə müzakirə edəcək.
"Gələn həftə hökumət sənədi müzakirə edəcək və biz də iddia qaldırmağı nəzərdən keçirəcəyik", - Fiko "Správy" xəbər agentliyinin sitat gətirdiyi məlumata görə bildirib.
O əlavə edib ki, Bratislavanın məhkəməyə müraciəti Avropa Komissiyasının qərarından və Slovakiya üçün təminatlardan asılı olacaq. Lakin Fiko planlaşdırılan iddianın məbləğini dəqiqləşdirməyib.
Oktyabr ayında AB Şurası 2028-ci il yanvarın 1-dən etibarən Rusiyadan qaz tədarükünün tədricən dayandırılması ilə bağlı AK-nın planını təsdiqləyib. AB-nin qərarını şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu "Nənəmə kin bəsləmək üçün qulaqlarımı donduracağam" ifadəsi ilə müqayisə edib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər