22:15 / 09-11-2025
Tanışını bıçaqlayıb
Bütün xəbərlər
“Xudayar, Zəngilandayıq, salam de” - Video
Tarix: 11-11-2025 00:25 | Bölmə: Sosial

xudayar-zengilandayiq-salam-de


İkinci Qarabağ müharibəsinin simvollarından biri, “Vətən yaxşıdı...” ifası ilə yaddaşlara həkk olunan şəhid gizir Xudayar Yusifzadəni, demək olar ki, hər kəs tanıyır. Lakin onunla çiyin-çiyinə döyüşən qəhrəman silahdaşları barədə çox az məlumata malikik.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, zəfərimizin 5 illiyində həmin döyüşlərin iştirakçılarından biri, Dövlət Sərhəd Xidmətinin hərbçisi Rövşən Rüstəmov xatirələrini TV11 “YouTube” kanalında bölüşüb.
O, müsahibəsində Xudayar Yusifzadə və digər şəhid qəhrəmanların nadir görüntülərini təqdim edib.
Rövşən Rüstəmovun sözlərinə görə, Xudayar Yusifzadə, Elməddin Hacımuradov, Orxan Eminov və bir çox digər döyüşçülər müharibədən öncə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinə könüllü şəkildə qoşulublar. Onlar 27 sentyabr 2020-ci ildə, müharibənin ilk günündən etibarən Daşkəsən–Kəlbəcər istiqamətində döyüşlərə qatılıblar.
Bir neçə uğurlu əməliyyatdan sonra bölük rəhbərliyin əmri ilə Cəbrayıl istiqamətinə göndərilib. Məhz həmin döyüşlərdə Sultan İbrahimov, Xalid Qasımov və Azər Yusifli qəhrəmancasına şəhid olublar. Onların iştirakı ilə Azərbaycan Ordusu bir neçə mühüm postu azad etməyə nail olub.
Ardınca hərbçilərə Xudafərin əməliyyatı həvalə olunub. Məhz bu əməliyyat zamanı Xudayar Yusifzadə döyüş yoldaşları ilə birlikdə “Vətən yaxşıdı...” mahnısını ifa edib — həmin anlar daha sonra bütöv Azərbaycanın rəmzinə çevrilib.
Rövşən Rüstəmovun paylaşdığı kadrlar və xatirələr şəhidlərimizin qəhrəmanlıq yolunu, onların keçdiyi döyüş sınaqlarını bir daha göz önünə gətirir:
                             







Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər