13:12 / 19-11-2025
Ronaldo Ağ Evdə - Video
Bütün xəbərlər
Sərnişin avtobusu yolda aşıb
Tarix: 19-11-2025 12:42 | Bölmə: Digər

Nikolaevski rayonunda magistral yolda sərnişin avtobusu aşıb.

  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Xabarovsk diyarı Dövlət Yol Müfəttişliyinin Telegram kanalında bildirilib ki, qəza nəticəsində bir qadın sərnişin xəsarət alıb.
Agentliyin məlumatına görə, qəza Çnırax kəndinə gedən yolun 12-ci kilometrliyində baş verib.
İlkin məlumata görə, avtobus sürücüsü idarəetməni itirərək yoldan çıxaraq avtobusun aşmasına səbəb olub. Avtobusda konduktor və sərnişinlər olub.
"Qəza nəticəsində bir qadın xəsarət alıb", - məlumatda deyilir.
Dövlət Yol Müfəttişliyinin əməkdaşları hadisə yerində işləyirlər. Regional prokurorluq araşdırmaya başlayıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər