13:12 / 19-11-2025
Ronaldo Ağ Evdə - Video
Bütün xəbərlər
BMT Baş Assambleyası üzvlərini 2026-cı ildə Olimpiya Barışığına riayət etməyə çağırdı
Tarix: 19-11-2025 23:41 | Bölmə: Karusel

2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunları zamanı Olimpiya Barışığı elan ediləcək.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, BMT Baş Assambleyası bu barədə qətnamə qəbul etdi.
TASS-ın məlumatına görə, sənədə əsasən, Barışıq Oyunların 6 fevralda açılışından yeddi gün əvvəl və 15 mart 2026-cı ildə Paralimpiya Oyunlarının bağlanmasından bir həftə sonra qüvvəyə minəcək. Yarışlar İtaliyanın Milan və Kortina d'Ampezzo şəhərlərində keçiriləcək.
Baş Assambleya əvvəlki Olimpiya Oyunları zamanı da oxşar qətnamələr qəbul etmişdi. BMT Təhlükəsizlik Şurasının qərarlarından fərqli olaraq, Assambleyanın qətnamələri hüquqi cəhətdən məcburi deyil.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin təəssüflə bildirib ki, bugünkü reallıqda Olimpiya Barışığının düzgün prinsiplərinə az adam riayət edir.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər