13:12 / 19-11-2025
Ronaldo Ağ Evdə - Video
Bütün xəbərlər
BMT: Qəzza zolağında bir milyondan çox insan çadırlarda yaşamağa məcburdur
Tarix: 19-11-2025 19:49 | Bölmə: Dünya

Qışın yaxınlaşmasına baxmayaraq, Qəzza zolağında bir milyondan çox insan çadırlarda və digər müvəqqəti sığınacaqlarda yaşamağa məcburdur.  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, BMT Humanitar Ofisinin təşkilatın rəsmi saytında dərc olunmuş hesabatından irəli gəlir.
Müəlliflər izah edirlər ki, qış bölgədə kəskin şəkildə soyuq hava şəraiti gətirir, leysan yağışlara və sahil ərazilərində daşqınlara səbəb olur. Çadırlarda isti və quru paltar olmadan yatan uşaqlar ən böyük risk altındadır. Bundan əlavə, pis hava şəraiti qəzzalıları bir çox fəaliyyəti dayandırmağa məcbur edir, hərəkətlərini və xidmət və obyektlərə çıxışlarını məhdudlaşdırır.
"Bir milyondan çox insan Qəzzada müvəqqəti yaşayış məntəqələrində yaşamağa davam edir, yardıma çıxışı məhduddur və qış yaxınlaşdıqca getdikcə daha da çətinləşir.Fırtınalar çadırlara, tikililərə və xidmət nöqtələrinə ciddi ziyan vurub", - deyə, sənəddə bildirilir.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp bütün ölkələrin bölgədəki vəziyyəti həll etmək üçün Qəzza zolağında "Sülh Şurası"nda iştirak etmək istədiyini bildirmişdi.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər