Bütün xəbərlər
Səudiyyə Ərəbistanı ABŞ iqtisadiyyatına investisiyalarını 1 trilyon dollara çatdıracağını açıqladı
Tarix: 18-11-2025 22:56 | Bölmə: Dünya

Səudiyyə Ərəbistanı ABŞ iqtisadiyyatına investisiyalarını 1 trilyon dollara çatdıra bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Görüşdə iştirak edən jurnalistlər Əs-Səuddan qlobal neft qiymətlərinin düşməsi fonunda bu cür investisiyaların nə dərəcədə real olduğunu soruşublar.
Səudiyyə taxtının varisi cavab olaraq bildirib ki, krallıq "Amerikanı və ya Trampı razı salmaq üçün yalançı imkanlar yaratmır" və Ər-Riyadın ABŞ iqtisadiyyatına olan marağı hesablama gücünə "böyük tələbat" və Amerika çiplərini əldə etmək istəyi ilə bağlıdır.
Qəzet yazır: "Şahzadə Məhəmməd Səudiyyə Ərəbistanının "Amerikanın gələcəyinə inandığını" və ABŞ-a investisiyalarını 600 milyard dollardan təxminən 1 trilyon dollara çatdırmaq niyyətində olduğunu bildirib".
Daha əvvəl Tramp Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələri satmaq planlarını açıqlayıb. Amerika lideri qeyd edib ki, Ər-Riyad bu təyyarələri almaqda maraqlı olduğunu bildirib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər