Bütün xəbərlər
Trampdan jurnalistə sərt cavab - “Sakit ol, donuz”+Video
Tarix: 18-11-2025 23:21 | Bölmə: Dünya

                    trampdan-jurnaliste-sert-cavab



ABŞ Prezidenti Donald Tramp media ilə növbəti gərgin dialoq yaşayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 14-də “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı Trampa cinsi cinayətlərdə ittiham edilən Cefri Epşteynlə bağlı sənədlər, xüsusilə də onun adının keçdiyi yeni açıqlanmış üç e-mail barədə sual verilib.
Qadın müxbir Trampdan həmin məktublarda ittiham doğuracaq məqamların olub-olmadığını soruşduqda, o, barmağını jurnalistin üzünə tuşlayaraq sərt reaksiya verib:
“Sakit ol, donuz”.
Prezidentin bu ifadəsi ictimaiyyətdə və mediada ciddi reaksiyalara səbəb olub.



Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər