Bütün xəbərlər
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
Tarix: 14-11-2025 12:42 | Bölmə: Reportaj
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Səbuhi Həsənquliyevun anım günü keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, ictimayyət nümayəndələri iştirak ediblər.
Şəhid Abdulla Əhmədovun atası Hacı Əhmədin aparıcılıq etdiyi tədbirdə çıxış edənlər Şuşa fatehi Səbuhi Həsənquliyev haqqında ürək sözlərini deyiblər.
                          
                          
                          
Sumqayıt Musiqi Kollecinin tələbələri, məktəblilər şeir söyləyiblər.
"Mirvari" restoranında davam edən tədbirdə Quran oxunub.Şəhidlər bir dəqiqəlik sükutla yad olunub.Dövlət himni səsləndirilib.
Şəhid atası Hacı Əhməd, şəhid anası Ülviyyə Nəbiyeva, şairə Lilpar Cəmşidqızı öz yazdığı şeirlərini söyləyiblər.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
               
               
                          
                          
                          
                          
                         




Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər