23:06 / 12-11-2026
Avtomobili yandıran yeniyetmə saxlanılıb
23:02 / 12-11-2026
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
22:57 / 12-11-2026
Rusiya milli futbol komandası yoldaşlıq oyununda Özbəkistanı məğlub etdi
22:53 / 12-11-2026
Vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur ev dustaqlığına buraxılıb
22:48 / 12-11-2026
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
22:44 / 12-11-2026
Zarubin, Vitkovun Kremldə Putinlə görüşündə necə cəfəngiyat danışmağa başladığını danışdı
22:36 / 12-11-2026
Yataqxananın yaxınlığında tanışına bıçaqla hücum etdi
18:43 / 12-11-2026
Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınıb-Könül Nurullayeva
18:40 / 12-11-2026
Rusiya nümayəndə heyətinin Əbu-Dabi ətrafındakı hərəkətlərini lentə almaq cərimə ilə nəticələnə bilərdi
18:36 / 12-11-2026
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
18:33 / 12-11-2026
Kanye West pərəstişkarı ləğv edilmiş konsert təşkilatçısına qarşı 800.000 rublluq iddiasını geri götürüb
18:29 / 12-11-2026
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
18:26 / 12-11-2026
Polkovniki partlatmaq üçün istifadə edilən partlayıcı qurğu Baltikyanı ölkələrdən isti hava şarı ilə çatdırılıb
18:21 / 12-11-2026
Polşa Konstitusiya Məhkəməsinin sədri Svetskovski işə buraxılmayıb
18:18 / 12-11-2026
Keçmiş Playboy modeli Zelenskidən mükafat aldı
18:15 / 12-11-2026
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
18:11 / 12-11-2026
Vitkov Zelenskiyə Putinlə danışıqlarının nəticələri barədə məlumat verəcək
18:08 / 12-11-2026
Vitkoff Rusiya ilə Ukrayna arasında qarşıdan gələn məhbus mübadiləsini irəliləyiş adlandırdı
18:06 / 12-11-2026
Paşinyan "elit" Dublin otelində ayaqqabı mıxının olmamasından şikayətləndi
18:02 / 12-11-2026
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
09:37 / 12-11-2026
Yoldan keçənlərə paylamaq üçün mağazadan ərzaq oğurlayıb
09:35 / 12-11-2026
Vitkoff və Kuşner Kreml danışıqlarından əvvəl Dmitriyevlə görüşəcəklər
23:45 / 11-11-2026
Dvalişvili Usman Nurməhəmmədovu Əbu-Dabidə ona hücum etməkdə günahlandırır
23:40 / 11-11-2026
Kallas bildirib ki, Rusiya Əbu-Dabidə danışıqlar yolu ilə sanksiyaların qaldırılmasını istəyir
22:00 / 11-11-2026
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
21:56 / 11-11-2026
Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının işçisini Enerhodardakı evində öldürdü
21:51 / 11-11-2026
Nebenzya Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyevin vəfatı ilə bağlı başsağlığı verib
21:46 / 11-11-2026
Venesuela illərdir ilk dəfə ABŞ-a təmir üçün neft avadanlıqları göndərib
21:42 / 11-11-2026
NATO kəşfiyyat təyyarəsi Qara dəniz üzərində 9 saatdan çox vaxt keçirib
21:39 / 11-11-2026
Rusiyanın gənclərdən ibarət futbol komandası Türkiyəyə uçuşu ilə bağlı problemlərlə üzləşib
21:32 / 11-11-2026
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
21:28 / 11-11-2026
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
20:18 / 11-11-2026
Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirak etmədiyini bildirdi
20:14 / 11-11-2026
Kreml: "Amerikalılarla ünsiyyət davam edəcək"
20:03 / 11-11-2026
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
19:55 / 11-11-2026
Soyuducuda təqaüdçülərin parçalanmış cəsədləri tapılıb
Ələsgər Talıboğlunun həyatı və poetik dünyası-İbrahim Yusifoğlu
Tarix: 24-11-2020 18:25 | Bölmə: Ədəbiyyat
“Şərur qönçələri”nin bir qönçəsi

1970-ci ilin ortalarında Odlar Yurdu Azərbaycanın Naxçıvan diyarının Şərur elinin mətbuat orqanı olan “ Işıqlı yol”qazetinin nəzdində Şərur qönçələri” ədəbi birliyi yaradıldı.Az vaxt ərzində rayonun müxtəlif yaşayış məntəqələrindən olan yazarları öz ətrafında birləşdirən “Şərur qönçələri” ədəbiyyat həvəskarlarının ilk qələm təcrübələrini araya-ərşəyə gətirdiyi ünvan oldu.Bir vaxtlar ədəbi birliyin məşğələlərində ürək çırpıntısı ilə öz yazılarını oxuyanlar, ilk yazılarını qazet və jurnal səhifələrində görəndə sevincdən quş kimi qanadlananlar, bu gün müxtəlif yerlərə pərvazlanmış və ləyaqətlə ədəbiyyatımıza xidmət edirlər.Doğrudan da “Şərur qönçələri”nin yaradıcısı və üzvi olmuş qələm sahiblərinin adlarını xatırladıqca qəlbimizdən iftixar hissi keçir.Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, N.Gəncəbi adına Ədəbiyyat İnstitunun rektoru, Milli Məclisin deputatı akademik İsa Həbibbəyli, Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu, AMEA-nın müxbir üzvü Kamran Əliyev, filologiya elmləri doktorları Akif İmanlı, Sona Vəliyeva, Vəli Nəbioğlu, Əbülfəz Əzimli, fəlsəfə doktorları Vaqif Məmmədov, Seyfəddin Eyvazov,Valid Rzayev, Həsənəli Eyvazlı, tanınmış şair və yazıçılardan Əhməd Sədərəkli, Kəmaləddin Qədim, Telman Ağrıdağ, Hüseyn Əsgərov, İnqilab Orxan, Budaq Təhməz, Kəmalə Nəsrin, Rafiq Oday, Nəriman Zeynalzadə, Allahverdi Aqil, Nüşabə Məmmədova, Ələsgər Talıboğlu...
Həqiqi ədəbi məktəb kimi fəaliyyət göstərən “Şərur qönçələri” ədəbi birliyinin üzvü Ələsgər Talıboğlunun keçdiyi həyat yolundan, bitib- tükənməyən saf duyğulu yaradıcılığından söz açmaq, şeirlərindən nümunələr gətirmək, onu sevimli oxuculara bir daha tanıtmaq yerinə düşərdi.
Araz sahilindən Xəzərədək çağlayan ilham
Şair- publisist Ələsgər Talıboğlu 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Araz çayı sahilində yerləşən Kərimbəyli kəndində anadan olmuş, ailə vəziyyəti ilə əlaqədar qonşu Axaməd kəndinə köçmüş və bu kənddə yaşamışdır.Hələ məktəb illərindən ədəbiyyata marağı sonsuz olmuş, çoxlu bədii kitablar oxumuş, öz dünyasına qovuşmuş maraqlı şeirlər yazmışdır.Orta təhsil aldıqdan sonra, arzularının dalınca getmış, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin qiyabi şöbəsini bitirmişdir.
1976-cı ildə tələbə olarkən şagird dəftərinə yazdığı şeirləri ilə birgə “Şərur qönçələri” ədəbi-birliyinin məşğələlərinə gəlmiş, böyük qəlb pıçıltıları ilə şeirlərini oxumuşdur.Oxuduğu şeirlər haqqında söylənilən fikirlər onu bu çətin və əzablı yoldan çəkindirməmiş,daha dolğun şeirlər yazmağa sövq etmişdir.
İlk şeirləri “İşıqlı yol”- indiki ”Şərurun səsi” qəzetində oxuculara çatdırılan Ələsgər Talıboğlunun Vətən torpağına, yurd yerlərinə, sevgiyə, körpə balalara məhəbbətlə yazdığı şeir və poemaları, publisist yazıları respublika mətbuatında vaxtaşırı dərc olunur.”Azərbaycan”, “Göyərçin”, “Yurd”, “Xəzan” kimi jurnallarda, “525-ci qəzet”,”Kaspi” ,“Ədalət”, “Vedibasar”, “Şərurun səsi” kimi qəzetlərdə silsilə şeirləri dərc olunmuşdur.Bu gün kitab rəflərimizdə Ə.Talıboğlunun biri-birindən maraqlı- “Qəm karvanı”, “Vətən nəğmələri”, “Bir kəhər kişnəyir yuxularımda” ,”O yurd mənim yurdum idi”, “Ömrün 60 yarpağı”, “Göylər mənim deyil ki”, “Salam ata ocağım”, uşaqlara hədiyyə etdiyi ”Şeir göyərçin dənidi”, Təbriz şəhərində nəşr olunan “Yurd sevgisi” kimi kitabları özlərinə layiqli yer tapmışlar.
Ələsgər Talıboğlunun şeirləri təkcə Azərbaycanlı oxucular üçün deyil, tərcümə olunaraq fransız, rus, özbək, gürcü, ingilis və alman oxucularına da çatdırılmışdır.O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Məmməd Araz mükafatı laureatıdır.Ömrünün 60 yaşında belə “ Dirili Qurbanı”, “Sarı aşıq”, “Borçalı” və“Əlağa Vahid” kimi ədəbi məçlislərdə iştirak edir, ədəbiyyat harrında öz poetik fikirlərini çatdırır.O, bu gün də ilk qələm təcrübələrini oxuduğu “Şərur qönçələri,”- indiki “Şərur”ədəbi birliyi ilə əlaqə saxlayır, onun məşğələlərində öz yazıları ilə iştirak edir.
Yaradıcılığına verilən qiymət
Qeyd etdiyimiz kimi Ə.Talıboğlu müxtəlif səpkili və müxtəlif mövzulu 9 adda kitabın müəllifidir.Bu kitablarda toplanan şeirlər, poemalar və publisist yazılar oxucular tərəfindən maraqla qarşılanmış və şairin yaradıcılığı haqqında müxtəlif ədəbi fikirlər söylənilmişdir. Mən bu fikirlərdə Ələsgər Talıboğlu yaradıcılığının hərtərəfli təsfirini nəzərə alaraq, onlardan nümunələr gətirmək istəyirəm.
Vaqif Yusifli-filologiya elmləri doktoru,tənqidçi..
-“Ələsgər Talıboğlu, yol kənarında yox, bu rəngbərəng reklamlarla, insan izdihamı ilə bu tıxaclarla dolu şəhərdə, özünə yer tapa bilməyən bir kənd adamıdır,ya da kənddən qopub, şəhərin qərib küçəsinə sığınan balaca bir qaya parçasıdır.O balaca qaya parçası heç cür qopub ayrıldığı oylağa qayıda bilmir.Özünə yer tapa bilmir və onun yurd yanğılı şeirləridə elə bu hisslərdən yaranıb”.
Salam, zamanında cavanlıq edib,
Sahib çıxmadığım, ay ata yurdum.
Mən sənin qoynunda qaldığım anlar,
Necə də bəxtiyar, necə də hürrdüm.
...Salam, kor-kos basmış, ay həyət-bacam,
Gəldim ayağına, gəldim sonunda,
Nə qədər, bax, səndən qaçaq düşsəm də,
Sevgin çağlamaqla yenə qoynunda.
“ Salam ata yurdum”
Adil Mirseyid, şair-rəssam
-“Ələsgər Talıboğlu vətəndaş qayəli şairdir-onun hər misrasında Vətənin nəbzi vurur.O Vətəninin oğul anasını sevən kimi haysız-küysüz, təmənnasız, pafossuz sevir.O, vətəndaş şairdir, o,Vətən daşıdı... Ələsgərin sadə, ancaq ümidli,bir az qəmli-qüssəli görünsə də, həyat eşqi ilə dolu şeirləri sanki nəfəs alır, bu şeirlər şairin keşməkeşli həyat yolunun poetik tərcumanıdır.Bu şeirlərin cövhəri insandır, dünyanın əşrəfi sayılan insan...”
Bu nə tale, bu nə yazı,
Dərd köksümdə şövqlə dindi.
Qəmlə yüklü bir yolçuyam,
Yollardayam halən indi.
Kim yuvamı yıxdı mənim,
Ahım göyə çıxdı mənim.
Korun-korun yaxdı məni,
Oldum qəlbi talan indi.
“Qəmlə yüklü bir yolçuyam”
Əbülfət Mədətoğlu,şair-publisist:
-“Ələsgər Talıboğlunun şeirləri ilə tanış olduqca bir daha hiss etdim ki, o, qaysaq bağlamış yaralarımızın ağrısı,göynərtisi olan bütün sızıltıları sözə çevirib, poeziyaya gətirir.Həmin poetik fikirin də təbii ki, canındakı, qanındakı” hərarət- müəllifin həm sözə münasibətindən,hə də duyğularından cilalanır.
Donub dodağımda qərib nəğmələr,
Görünmür göylərdə durna köçü də.
Arzu da, istək də ilğıma dönüb,
Yoxdur ümidimdən bir ip ucu da.
Elə duacıyam, əlim göylərdə,
Ünüm yetən qədər bağıra billəm.
Boşluqda boğulub ölməyim deyə,
Allahı yardıma çağıra billəm.
“ Donub dodağımda qərib nəğmələr “
AsimYadigar, Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri, şair :
-Ələsgər Talıboğlunun şeirləri axıcıdır, obrazlıdır, bədii ifadə vasitələri ilə zəngindir.Əsirlər boyu itirə-itirə gəldiyimiz torpaqlarımızın fəryadını, ağrısını ürək yanğısı ilə bədiiləşdirə bilib...”
Günəşə bax, göydə bütöv,
Ağ bənizli ay da bütöv.
Bu fəryadı duy da bütöv,
Məmləkətim paramparça.
Könül küskün, həsrət yorğun,
Ömür də ki, ötür yorğun.
Oğlum-qızım gəzir qırğın,
Məmləkətim paramparça.
“Məmləkətim paramparça”
Ələsgər Talıboğlunun yaradıcılığının şah damarı Vətən duyğuları ilə axsa da, onun yaradıcılığında poeziyanın klassik, bəşəri mövzusu olan məhəbbət mövzusu da, lirik düşüncələrin fonunda aydın və səmimi bir dillə öz poetik əksini tapmışdır.
Hansı gün sən məni düşünmüş olsan,
Gələrəm o gecə yuxuna sənin.
Burnumun ucunda çiçək tək bitən,
Gələrəm ətrinə, qoxuna sənin.
Bir dəli sevdanın düşüb izinə,
Sürünə-sürünə, dizin-dizinə.
O vüsal anını təpib gözümə,
Gələrəm ətrinə, qoxuna sənin.
“Mən daha əvvəlki adam deyiləm”
Bu misra mənə çox şeyi xatırladır.Ömrünün 17 yaşında “Şərur qönçələrin” də öz şeirini çəkinə-çəkinə oxuyan, deyiləcək fikir və tənqiddən ehtiyat edən Ələsgər ildən-ilə ədəbiyyatın çətin və şərəfli yollarında püxtələşmiş, poeziyanın hər bir qanununa hörmət etmişdir.Biz inanırıq ki, ömrünü-gününü bu müqəddəs işə həsr edən Ə.Talıboğlu öz oxucularını ən sanballı kitabları ilə sevindirəcəkdir.Mən Ələsgərin özünün yazdığı bir misraya balaca düzəliş etməklə onunla razılaşıram və deyirəm:
-Sən daha əvvəlki şair deyilsən!
Mən daha əvvəlki adam deyiləm,
Çağlayan bulağam, coşqun bir çayam.
Ruhu uca-uca goylər dolaşan,
Qəlblərə nur səpən Günəşəm, Ayam!
Mən daha əvvəlki adam deyiləm,
Ən zərif çiçəkdən ilham alanam.
Hər an ürəyimdən süzülüb gələn,
Şirin duyğularla qanadlananam!
İbrahim Yusifoğlu,
Şair-publisist, AMEA –nın N.Gəncəvi adına
Ədəbiyyat İnstitutunun əməkdaşı

Baxış sayı: 1 297
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib