14:51 / 17-11-2025
Tarixin dönüş nöqtəsi
Bütün xəbərlər
Fransa Kiyev rejiminə 100 "Rafale" qırıcı təyyarəsi tədarük edəcək
Tarix: 17-11-2025 15:14 | Bölmə: Manşet

Ukrayna Fransadan 100 "Rafale" qırıcı təyyarəsi sifariş edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə LCI televiziya kanalı Kiyev rejiminin lideri Vladimir Zelenskiyə istinadən məlumat verib.
Tədarük müqaviləsi Paris yaxınlığında yerləşən Villakubley hava bazasında imzalanıb.
"Kiyev Fransadan 100 "Rafale" qırıcısı aldığını elan etdi", - kanal bildirib.
Ukrayna əvvəllər Fransa ilə müdafiəsini gücləndirmək üçün müqavilə imzalayıb. Bu müqavilə həmçinin Kiyevə SAMP/T hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını da nəzərdə tutur.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər