Bütün xəbərlər
Polşa partlayışı təsdiqləməyib
Tarix: 17-11-2025 11:22 | Bölmə: Dünya

Polşa Daxili İşlər Nazirliyi Ukraynaya aparan dəmir yolu xəttində fövqəladə vəziyyətlə bağlı məlumatlara münasibət bildirib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Nazirliyin bildirdiyinə görə, Mazovetski voyevodalığında dəmir yolu relslərində partlayış xəbəri təsdiqlənməyib.
Daxili İşlər Nazirinin müavini Maçey Duşçik bu barədə Polsat News-a verdiyi müsahibədə bildirib.
"Polis bu tip bir vəziyyəti (partlayış - redaktorun qeydi) təsdiqləmir", - deyə, o bildirib.
Daxili İşlər Nazirinin müavini əlavə edib ki, təhlükəsizlik xidmətləri, polis və prokurorluq hadisə yerində işləyir.
Daxili İşlər Nazirinin müavini əlavə edib ki, daha əvvəl Polşanın şimal-şərqində bir qatar maşinisti Varşavanı Ukraynaya gedən qatarlara xidmət göstərən Dorohusk sərhəd keçid məntəqəsi ilə birləşdirən hissədə relslərdə qırılma aşkar edib. Yerli sakinlər hadisə yerində güclü partlayış səsi eşitdikləri bildirilir. Hadisə nəticəsində heç kim xəsarət almayıb.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər