Bütün xəbərlər
"Bild": NATO "Burevestnik" raketini son dərəcə təhlükəli silah hesab edir
Tarix: 16-11-2025 20:07 | Bölmə: Karusel

NATO Rusiyanın "Burevestnik" qanadlı raketini son dərəcə təhlükəli silah hesab edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat verib.
Məqalədə Rusiyanın nüvə arsenalının modernləşdirilməsinin başa çatdığı və hazırda sualtı qayıqlar, qanadlı raketlər və orta mənzilli raketlərlə tamamlandığı bildirilir.
Nəşr bildirir ki, "İllərdir hazırlanan ("Burevestnik") artıq yerləşdirilməyə hazırdır - NATO-nun son dərəcə təhlükəli hesab etdiyi super silahdır".
Daha əvvəl hərbi ekspert və hava hücumundan müdafiə tarixçisi Yuri Knutov bildirmişdi ki, dünyanın heç bir ölkəsi daha 10-15 il ərzində "Burevestnik"ə bənzər bir silah hazırlaya bilməyəcək.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər