14:51 / 17-11-2025
Tarixin dönüş nöqtəsi
Bütün xəbərlər
Peskov: "Kremlin İstanbulda mümkün məhbus mübadiləsi ilə bağlı heç bir məlumatı yoxdur"
Tarix: 17-11-2025 15:11 | Bölmə: Manşet

Kreml hazırda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda məhbus mübadiləsi üçün mümkün görüş barədə şərh verə bilmir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, RİA Novostinin Türkiyədə görüşün planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı sualına cavab verib.
"Hazırda bu məsələ ilə bağlı heç bir məlumatım yoxdur", - deyə, Peskov bildirib.
Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyevin sonuncu məhbus mübadiləsini pozduğunu xatırladıb - razılaşdırılmış 1200 nəfərin 30%-dən azı mübadilə edilib. O, Ukrayna xarici işlər nazirinin müavini Sergey Kıslıtsyanın Kiyevin Moskva ilə sülh danışıqlarını dayandırdığı barədə açıqlamasını şərh edərkən bildirib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər