Bütün xəbərlər
"Newsweek" jurnalı Epşteynin yazışmalarında Trampa qarşı kompromat materiallarının olduğunu bildirib
Tarix: 16-11-2025 11:13 | Bölmə: Dünya

Amerikalı maliyyəçi Ceffri Epşteynin qardaşı Marka ünvanladığı elektron poçtlarda ABŞ prezidenti Donald Trampa qarşı mümkün cinsi ittihamlardan bəhs olunur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat verib.
Nəşrin məlumatına görə, 2018-ci ildə Mark Epşteyn qardaşına elektron poçt göndərərək ABŞ-ın keçmiş prezident müşaviri Stiv Bennondan Rusiya prezidenti Vladimir Putinin Trampın "Bubba" ləqəbli kişiyə oral seks etdiyini iddia edən hər hansı bir kompromat materialının olub-olmadığını soruşub. Buna cavab olaraq Ceffri Epşteyn ona Kremldən soruşmağı məsləhət görüb.
"Newsweek"ə verdiyi şərhdə maliyyəçinin qardaşı ətraflı izahat verə bilməyib, lakin yazışmada adı çəkilən "Bubba"nın ABŞ-ın keçmiş prezidenti Bill Klinton olmadığını qeyd edib. Bu versiya sosial mediada yayılıb, çünki "Bubba" ləqəbi Klintondan bəhs edən digər sənədlərdə də görünür.
Bir gün əvvəl Tramp Klintonun Epşteynin adasına 28 dəfə baş çəkdiyini iddia edib. Tramp orada heç vaxt olmadığını təkzib etdi.
14 noyabrda ABŞ Baş Prokurorluğu Epşteynin Klintonla əlaqəsi ilə bağlı araşdırmanın başlandığını elan etdi.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər