Bütün xəbərlər
Yeniyetmə avtomobilini dəmir yolu keçidinə çırparaq ölüb
Tarix: 16-11-2025 20:11 | Bölmə: Digər

Rostov vilayətində yeniyetmə yol qəzasına düşüb və ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Regional Dövlət Yol Müfəttişliyi qəzanın təfərrüatlarını Telegram kanalında açıqlayıb.
Hadisə 16 noyabr tarixində saat 15:15-də R-260 Volqoqrad-Kamensk-Şaxtinski-Luqansk avtomobil yolunun 351-ci kilometrliyində baş verib. Agentliyin məlumatına görə, yeniyetmənin HAVAL F7 markalı avtomobili işıqforun qırmızı işığında keçidə daxil olub. Sürücü idarəetməni itirib və avtomobil keçid maneəsinə çırpılıb, sonra yoldan çıxaraq aşıb.
"Qəza nəticəsində nəqliyyat vasitəsi yanıb. HAVAL-ın sürücüsü hadisə yerində ölüb", - deyə, açıqlamada bildirilir.
Hadisə yerinə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İstintaq İdarəsinin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları və müstəntiqləri gəlib. Hadisənin baş vermə səbəbləri araşdırılır.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər