21:43 / 06-08-2026
Media: Yevgeniya Qutsul qadın həbsxanasına köçürülüb
21:39 / 06-08-2026
Ukraynanın keçmiş prezidenti Yuşşenko yeni vəzifəyə təyin edilib
21:35 / 06-08-2026
Litva Baltikyanı ölkələrə mümkün Ukrayna pilotsuz təyyarələrinin hücumunu elan edib
21:32 / 06-08-2026
Bir qız attraksiondan yıxıldı
21:15 / 06-08-2026
Keçmiş ÇSKA və "Spartak Moskva" futbolçusu Zabolotnı altı ay müddətinə diskvalifikasiya edildi
21:11 / 06-08-2026
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
21:05 / 06-08-2026
Zoopark işçisi ayının ona niyə hücum etdiyini izah etdi
21:00 / 06-08-2026
Xirosima merini ABŞ-dan bəhs etmədiyinə görə tənqid etdi
20:49 / 06-08-2026
Keçmiş Ali Rada üzvü Oleinik Umerovu ABŞ casusu adlandırır
20:42 / 06-08-2026
Stüardessanın baqajından 2 milyon rubl dəyərində 15 şüşə elit şərab tapılıb
20:36 / 06-08-2026
Xarici İşlər Nazirliyi Yerevanın Rusiyanı şantaj etmək cəhdlərinə münasibət bildirib
20:33 / 06-08-2026
Politoloq Hörmüz boğazında güzəştə gedəcəyi təqdirdə İran üçün riskləri qeyd edir
20:29 / 06-08-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiya ABŞ-ın atom bombalamalarına görə məsuliyyətini etiraf etməli olacaq
20:24 / 06-08-2026
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
20:21 / 06-08-2026
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
20:19 / 06-08-2026
Ermənistan Parlamentinin sədri Rusiyaya mal ixracı məsələsini qaldırdı
20:16 / 06-08-2026
Pit Heqsetin Siyasi İşlər üzrə Katibinin müavini Çinə dəvət ala bilmir
20:03 / 06-08-2026
Lavrov Rubioya bildirib ki, Kiyev Qərb olmadan terror hücumları həyata keçirə bilməzdi
20:00 / 06-08-2026
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
19:57 / 06-08-2026
NYT: Qərb müttəfiqləri Kiyevə raket təhvil verməkdə tərəddüd edirlər
19:53 / 06-08-2026
İrakli Kobaxidze Gürcüstanda rus turistlərin təhlükəsizliyinə zəmanət verdi
19:46 / 06-08-2026
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
21:09 / 05-08-2026
Nyu-York ölümcül xəstə sakinlər üçün evtanaziyanı qanuniləşdirib
21:06 / 05-08-2026
İtkin düşmüş təyyarənin pilotları ilə əlaqə saxlanılıb
21:02 / 05-08-2026
Cənubi Koreyada istidən 20-dən çox insan ölüb
20:56 / 05-08-2026
Roskosmos baş institutunda yanğın baş verib
20:53 / 05-08-2026
İspaniya 2030-cu il Dünya Kubokuna Mərakeşlə birgə ev sahibliyi etməkdən imtina edə bilər
20:51 / 05-08-2026
BMT: El-Ninyo 2027-ci ilin sonuna qədər daha 49 milyon insanı aclığa sürükləyə bilər
20:48 / 05-08-2026
Ölüm hökmünün Rusiyaya qaytarılmasını tələb etdi
20:35 / 05-08-2026
Sərxoş ata azyaşlı qızını döyüb
20:32 / 05-08-2026
DHL yük təyyarəsi Leypsiq üzərində naməlum əşya ilə toqquşub
20:22 / 05-08-2026
Taylandda oyun zamanı ildırım futbolçunu öldürdü
20:17 / 05-08-2026
Nasist döyməsi göstərdiyinə görə doqquz ay həbs cəzasına məhkum edilib
20:11 / 05-08-2026
FTB direktoru Rusiya və Çinlə əməkdaşlıqdan danışdı
20:06 / 05-08-2026
Kiyev kameraları 11 "İskəndər" raket zərbəsini qeydə alıb
20:04 / 05-08-2026
NYT: Rusiya ABŞ-ın "Patriot" raketləri üçün istehsal etdiyindən daha çox ballistik raketdən istifadə edir
Bir bahar çiçəyi - Muşfiq ömrü
Tarix: 05-11-2019 12:50 | Bölmə: Ədəbiyyat
_756.jpg)
Bir ocaq var Xızıya gedən yolda. Bir ocaq var ki, odu ürəyimizin başını illərdir ki, yandırır. Bu ocağı, bu odu görmək üçün yolu ordan düşənlər ayaq saxlayıb ona baş çəkiblərmi, sevindiriblərmi, görəsən:
“Azad bir quşdum,
Yuvamdan uçdum.
Bir bağa düşdüm
Bu gənc yaşımda”,- deyənlərin ruhunu...
Kim bilir?
Xızı deyəndə “Oxu tar”da kökünü, varlığını, məsləkini, gələcək arzularını dilə gətirən, heyrətəmiz yaddaşı, qaynar ilhamı ilə bu gün hər birimizə möcüzə kimi görünən, “yaşasaydı...” deyərək heyfsləndiyimiz Mikayıl Muşfiq, Azərbaycan teatırının repertuarını ölümündən sonra belə elə bu gün də əsərləri bəzəyən nakam Cəfər Cabbarlı yada düşür.
Bəlkə də bu taleyin hökmü və ya onların alın yazısıydı ki, iki böyük nəhəng dünyaya vaxtsız vida etdi. Muşfiqin əyilməzliyi, Cəfərin hər biri tariximizə işıq salan əsərlərindəki milli ruhun gücü, qüdrəti qarşısında bir ordunun dayana bilməyəcəyini görənlərin qorxusu əbəs yerə deyildi...
Topsuz, tüfəngsiz, qələmini süngü edən Mikayıl Muşfiq, görəsən, niyə axı gənc yaşında
“Ah, bu uzun sevda yolu,
Vurulurmu başa, könül”,- deyirdi...
Və yaxud da
“Ah, mən günü-gündən bu gözəlləşən,
İşqlı dünyadan necə əl çəkim,
Bu yerlə çarpışan, göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim” misralarındakı kədər yükü nəydi belə? Kimlər idi Muşfiq ürəyini vaxtsız susdurmağı həsrətlə gözləyənlər, şair qanı içməyə susayanlar?
Tarixin qatları açıldıqca hər şey gün işığına çıxdı və məlum oldu ki, ən böyük günahımız bu torpaqlarda doğulmaqmış. Deportasiyaların ilk dalğası və represssiyalara imza atan “Trojka”lar Azərbaycan üzərinə qara bulud kimi çökdü. Hüseyn Cavid, Əhməd Cavad, Hacı Kərim Sanılı, İsmayıl Katib, Bəkir Çobanzadə və bir çoxlarını gedər-gəlməzə yollayanlara heykəllər qoyub, hələ üstəlik, bizə sevdirdilər də...
Xızıya çatanda narın-narın göy üzündən səpələnən yağış damcıları ürəyimdə nələri götür-qoy etdiyimi, yolumu hardan salacağımı hiss edib sanki mənimlə birlikdə o ünvana getmək üçün üstümə səpələnirdi. Maşından düşüb onun soyuq daşlardan boylanan həyat dolu gözlərinə baxıb: “Səni ziyarətə gəlmişəm, şair”,- dedim. Gözlərimdəki kədəri kirpiklərim qaldırmaqda aciz idi. Göylər mənə ağlamağa aman vermədi, nakam Muşfiqi onlar ağladı...
Hər yerdən Muşfiq boy verirdi. Ağaclar, dağlar, Muşfiqin baba ocağında səssizliyi pozub:
“Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın,
O səni unutdu, sən unutmadın,
Yaşa məhəbbətim, yaşa ürəyim” misralarını oxuyan quşlar Muşfiqin adını anıb bu doğma yurda gələnlərə onun nakam taleyini quş dilində anlatmaq istəyirdilər.
Bu çölün düzündə əvvəllər Sayadlar adlı kənd varmış. Vaxtilə burda Muşfiqin atası Əbdülqədər İsmayılzadənin dəyirmanı yerləşirmiş. Sonradan “Lələ köçüb, yurdu qalıb”. Lakin muşfiqsevərlər istəməyiblər ki, bir zamanlar toylu-düyünlü bir oba yerindən geriyə xarəbələr qalsın. Ona görə də birləşib bu ocağı 1988-ci ildə qurublar.
Muşfiq iki yaşına qədər qardaşı Mirzə, bacıları Böyükxanım və Balacaxanımla ata ocağında qayğısız günlər görüb. Atası ədəbiyyatda “Vüsaqi” təxəllüsü ilə şeirlər yazıb. “Şah İsmayıl” və “Seyfəlmülük” operalarının liberettosunu da o yazıb. Müşfiq anası Züleyxa xanımı altıaylığında itirib. Onu Sayadlar kəndindəki süd anası Səriyyə xanım saxlayıb. 1910-cu ildən sonra Muşfiqgilin ailəsi Bakıya-dağlı məhəlləsinə köçür.
Müşfiq haqqında kifayət qədər məlumat var və biz bu yazıda çalışdıq ki, barəsində eşidilməyən, hamının bilmədiklərini sizlərlə bölüşək. “Bir gün” ilk mətbu şeiri olsa da 1929-cu ildə tara qarşı başlanan qara kampaniyaya qarşı ilk haqq səsini ucaldan Muşfiq olub. İyirmi bir yaşlı gəncin əli və dişi qanlı rejimə qarşı üsyanı neçə-neçə oxuyan tarların simini vaxtsız qıranların kürkünə birə salıb.
Muşfiqin varlığı onlar üçün ən böyük təhlükə idi. 27 yaşında onuncu kitabı çıxan Muşfiqin bir çox əsərləri, təəssüflər olsun ki, yandırılıb. On birinci kitabını-“Çağlayan”ı görmək isə özünə qismət olmayıb. Sonuncu kitabı mətbəədə çapa hazır imiş. Tuthatut başlayanda Şəmsəddin Abbasov adlı ədəbiyyat adamı onu gizlədib və 18 il həmin əlyazmanı qoruyub-saxlayıb. 1956-cı ildə Mikayıl Muşfiq baraət aldıqdan sonra kitabın siqnal variantı çapdan çıxır.
1937-ci il iyunun 4-də Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Muşfiq həbs olunur. Yeri gəlmişkən, hər il Azərbaycanda 5 iyun Mikayıl Muşfiqin şərəfinə “Şairlər günü” kimi qeyd olunur...
Günahsız bir şairə açılmış 121493 nömrəli cinayət işi. Dərdə baxın ki, Muşfiqin “istintaq”ını aparan Qalustyan adlı erməni idi. 20 dəqiqəyə çıxarılan ölüm hökmündən sonra 1938-ci ilin beş yanvarında Muşfiqimizin sevdalı qəlbi susduruldu.
Muşfiqin ailəsi də rejimin qurbanı oldu...
Bu fikirləri Muşfiq ocağının bələdçisi danışır bizə və gözümü gəzdirib Ziyadxana, Turana, Dənizə baxıram. “Şəngülüm”ü, “Şüngülüm”ü, “Məngülüm”ü dərdinin dağlar qədər çox olduğunu uşaqlar hiss etməsin deyə, dünyanın ən xoşbəxti kimi yazan, körpəliyi yellər və qara illər ağzında keçən Muşfiqimizi indi onlar daha yaxından tanıdılar. Həm tanıdılar, həm sevdilər, daha doğrusu sevdirdik...
1988-ci ildə muşfiqsevərlər bu ocağın bünövrəsini qoyublar və 2004-cü ildə ona muzey statusu verilib. 2018-ci ildə möhtərəm Prezidentimiz Muşfiqin 110 illiyinin keçirilıməsi ilə bağlı sərəncam imzalayıb. Məlumat üçün deyək ki, Azərbaycan bayrağı altında Xəzərdə Muşfiqimizin adını daşıyan gəmi onun qırçın ləpələri ilə uzaq sahillərə üzür.
Bələdçi “Yolun kənarındakı Müşfiqin heykəlini polis polkovniki Əbülhəsən Əhmədov öz şəxsi vəsaiti hesabına ərsəyə gətizdirib, heykəltaraş da Münəvvər Rzayevadır” deyəndə bir anlıq duruxdum. Polisin o çətin illərdə şeirimizə, ədəbiyyatımıza, nakam Muşfiqimizə belə bir böyük sevgi ilə yanaşması elə, əslində, bu yazıya nərdivan saldı.
Tapdım Muşfiq sevdalısı polisimiz Əbülhəsən Əhmədov ocağının işığını yandıranları. Mən onları uzaq bilirdim, sən demə, lap yaxınımızda imişlər.
Tibb xidməti mayoru Rəna Əhmədova ilə həm atalı günlərinə qayıtdıq, həm də Muşfiqlə bağlı xatirələrə yenidən ayna tutduq. Bu gün Muşfiqlə bağlı danışmaqda, sözün əsl manasında, onların haqqı var. Çünki zamanında hamının görə bilmədiyi bir işi onun atası, Azərbaycan Polisi görüb və hər zaman olduğu kimi, nümunə olmağı bacarıb.
“Bu gün Xızıya yolum düşəndə və o büstün qarşısında dayananda elə bilirəm ki, danışır, sevinir, mənə xoş gəldin edir, məndən atamı soruşur. Bu yerlərin hər daşında şeiriyyət var və mən Muşfiq ocağına gələndə elə bilirəm ki, öz ata ocağıma gəlirəm”,- deyib göz yaşlarını saxlamaqda çətinlik çəkir Rəna xanım.
“Oğulsuz Muşfiqimin qeyrətli oğlu Əbülhəsən. Sənə çox minnətdaram”. Bu fikirləri xalq şairi Cabir Novruz mərhum polkovnikə bağışladığı kitabında yazıb. Elə bu bəs edər ki, onun Muşfiqin yolunda hansı əziyətlərə qatlaşdığını görəsən.
Bu gün Muşfiq ocağı kimi fəaliyyət göstərən bina isə 1992-ci ildə tikilib. Muşfiq ocağını jurnalist Firuz Əhmədli, Tofiq Novruzov, Ağasəfa, Cabir Novruz və Əbülhəsən Əhmədov yaradıblar. Rəna xanım deyir ki, heykəlin kim tərəfindən qoyulması ilə bağlı orda bir lövhə vardı, lakin sonralar kimlərsə tərəfindən çıxarılıb. Səbəbi isə bu günə qədər naməlum olaraq qalır.
Əbülhəsən Əhmədovun Xızının Xanagah kəndində çobanların, yolda qalanların yağışdan daldalanmağı, vəhşi heyvanlardan qorunmaları üçün tikdirdiyi tikili də hələ qalır və onu tanıyanlar da, tanımayanlar da ruhuna rəhmət oxuyurlar.
Sözardı: Polis polkovniki Əbülhəsən Əhmədov 1942-ci ildə Xızıda doğulub. Azərbaycan Dövlət Univeristetinin Hüquq fakultəsini bitirib. 1966-cı ildə daxili işlər orqanlarında xidmətə qəbul olunub. İstintaqçı kimi hər zaman çalışıb ki, ədalətli qərarlar qəbul etsin ki, Allah və bəndə yanında başıaşağı olmasın. Sonralar o, DİN-də İstintaq və Beynəlxalq Əməkdaşlıq idarələrinin rəisi vəzifələrində uzun illər qüsursuz xidmət edib. 2015-cı ilin dekabrın 17-də Haqqa qovuşub.
Allah rəhmət eləsin!
Modern.az
Baxış sayı: 995
Bölməyə aid digər xəbərlər

1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR