Bütün xəbərlər
Umerov ABŞ-a səfəri zamanı Ukrayna üçün plan barədə razılığa gəldiyini təkzib etdi
Tarix: 21-11-2025 12:54 | Bölmə: Siyasət

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerov ABŞ-a səfəri zamanı tapşırığının sırf texniki olduğunu və Vaşinqtonun Ukrayna üçün planının əlaqələndirilməsində iştirak etmədiyini bildirdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Umerovun sözlərinə görə, o, görüşlər təşkil edir və dialoqun özünü hazırlayırdı.
"Mən heç bir məqama dair qiymətləndirmə, hətta təsdiq verməmişəm. Bu, mənim səlahiyyətlərimə daxil deyil və prosedura uyğun deyil", - deyə, o, özünün Telergam kanalında yazıb.
O qeyd edib ki, Ukrayna böhranının həlli planından müəyyən məqamların çıxarılması ilə bağlı mediada yayılan məlumatların reallıqla heç bir əlaqəsi yoxdur.
Bundan əvvəl Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç Kiyev rejiminin rəhbəri Volodymyr Zelenskinin vaxt qazanmaq üçün ABŞ-ın təklif etdiyi Ukrayna münaqişəsinin həlli planına cavabını gecikdirdiyini bildirmişdi.
ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli planını ehtiva etdiyi iddia edilən sənəd əvvəllər Ali Radanın deputatı Oleksiy Qonçarenko (Rusiyanın terrorçu və ekstremist siyahısına daxildir) tərəfindən dərc olunmuşdu.



Baxış sayı: 13


Bölməyə aid digər xəbərlər
17-11-2025, 14:51 Tarixin dönüş nöqtəsi