Bütün xəbərlər
Musiqi müəllimi şagirdləri öldürməyə cəhd etdiyinə görə həbs edilib
Tarix: 21-11-2025 19:01 | Bölmə: Cəmiyyət

Yekaterinburq məhkəməsi müstəntiqlərin tələbi ilə balalayka müəllimi Artem Vaqanovu bir neçə şagirdi öldürməyə cəhd ittihamı ilə həbs edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Sverdlovsk Vilayət məhkəmələrinin Telegram kanalında məlumat verilib.
Kişi iki ay müddətinə həbs edilib.
"Məhkəmə təqsirləndirilən şəxsin 19 yanvar 2026-cı il tarixinə qədər həbsdə saxlanılması barədə qərar qəbul edib", - deyə, açıqlamada bildirilir.
Müstəntiqlərin sözlərinə görə, 33 yaşlı şəxs musiqi müəllimi işləyərkən şagirdləri evinə dəvət edib və onları torba ilə boğub. Hazırda müstəntiqlər Vaqanovun xəsarət aldığı yeniyetmələrin dəqiq sayını və təfərrüatlarını müəyyənləşdirirlər.
Ona qarşı iki və ya daha çox şəxsin öldürülməsinə cəhd, eləcə də yetkinlik yaşına çatmayan şəxsi həyati təhlükə yaradan hərəkətlərə cəlb etmə maddəsi ilə cinayət işi açılıb.
İstintaqın bir hissəsi olaraq, psixoloji və psixiatrik müayinə də daxil olmaqla, müayinələr aparılacaq.



Baxış sayı: 9


Bölməyə aid digər xəbərlər