Bütün xəbərlər
"Der Spiegel": AB liderləri Trampın Ukrayna planı üçün ABŞ-a təkliflərini göndəriblər
Tarix: 22-11-2025 19:41 | Bölmə: Dünya

Avropa liderləri ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli planının yenidən nəzərdən keçirilməsi üçün Vaşinqtona ilkin təkliflərini göndəriblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Der Spiegel" jurnalı bu barədə öz mənbələrinə istinadən məlumat verir.
Jurnalın məqaləsində deyilir ki, Avropa liderləri 21 noyabr cümə axşamından bəri təklifləri üzərində işləyirlər. Nəşrdə aydınlaşdırılır ki, AB liderlərinin düzəlişləri Trampın planının yenidən işlənmiş versiyasını təmsil edən vahid sənəddə toplanıb.
Bundan əvvəl Avropa Komissiyası AB liderlərinin ABŞ planının Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını nəzərdə tutduğundan narahatlıqlarını ifadə edən açıq bəyanatını dərc etmişdi.



Baxış sayı: 16


Bölməyə aid digər xəbərlər
19-11-2025, 13:12 Ronaldo Ağ Evdə - Video