Bütün xəbərlər
Millimizin dünya çempionatı üçün heyəti açıqlandı - Teymur Rəcəbov da var
Tarix: 20-11-2025 18:23 | Bölmə: Karusel

            millimizin-dunya-cempionati-ucun-heyeti-aciqlandi


Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək.
“Qafqazinfo” FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, yarışda Azərbaycan 14 şahmatçı ilə təmsil olunacaq.
Kişilər arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınların mübarizəsində isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova bacıları qüvvələrini sınayacaqlar.
Dekabrın 25-30-da keçiriləcək turnirin ümumi mükafat fondu 1 milyon avrodan artıqdır.



Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər